- 23.04.2025 11:31
Daha bir məşhur serial final edəcək – FOTO

Türkiyənin məşhur serialı “Deha” yaxın zamanda ekran ömrünü başa vuracaq.
Hazırkı plana əsasən, əgər son anda yeni bir qərar verilməzsə, serial 32-ci bölümdə final edəcək. Bu qərarın tamaşaçılar arasında müxtəlif reaksiyalara səbəb olduğu bildirilir. Serialın son bölümlərində hadisələrin intensivliyi və personajların taleyi daha çox maraqla izlənir.
İzləyicilər “Deha”nın hekayəsinin necə tamamlanacağını səbirsizliklə gözləyir.