• 23.04.2025 11:37

Məhkəmə Səfixanovanı tapa bilmir- 18 nəfər hakimdən şikayət yazdı TƏFƏRRÜAT

Məhkəmə Səfixanovanı tapa bilmir- 18 nəfər hakimdən şikayət yazdı TƏFƏRRÜAT

Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Musavat.com xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır.

O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir.

Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, 2-ci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb.

Aldadılan şəxslər başa düşüb ki, onun övladı yoxdur.

Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb.

Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur.

Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq 8 məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarına məhəl qoymur.

Maraqlıdır ki, aprelin 15-də baş tutan sonuncu iclasa Z.Səfixanova gəlməyib. Buna görə də məhkəmə qeyri-müəyyən vaxta təxirə salıb, hakim növbəti iclas günün üçün vaxt təyin etməyib. Belə çıxır ki, Z.Səfixanovanın gəlişini gözləyirlər.

Hakim Səfixanovanın məhkəməyə gətirilməsinə nail ola bilmir. Onun barəsində məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir.

Onu da qeyd edək ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur?

Zərərçəkmiş şəxslər maddi zərərlə yanaşı, məhkəməyə mənəvi zərərlə bağlı iddialarını da təqdim ediblər.

Məhkəmə proseslərinin əsassız səbəblərlə təxirə salınması, Səfixanovanın məhkəməyə saymazyana münasibəti zərərçəkmiş şəxsləri təngə gətirib. Buna görə də zərərçəkmiş şəxslər Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə və Sumqayıt Şəhər Məhkəməsinin sədrinə təqdim etmək üçün müraciət hazırlayıblar.

DİGƏR XƏBƏRLƏR

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub. Oxu.Az xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı…
Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək – Ceyhun Bayramov

Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək – Ceyhun…

Delimitasiyası prosesi ilə bağlı təmaslar davam edəcək. Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov…
TƏCİLİ! Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub

TƏCİLİ! Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.…
Kartda pul saxlamaq artıq risklidir – Bank işçisi hər şeyi danışdı

Kartda pul saxlamaq artıq risklidir – Bank işçisi hər…

Azərbaycanda bank kartlarından oğurluq hallarının artdığı bir vaxtda maliyyə sahəsində uzun illər çalışmış bir mütəxəssisin başına gələn hadisə cəmiyyət üçün…
Arda Gülərdən səmimi etiraflar – Türkiyə bu məktubdan danışır

Arda Gülərdən səmimi etiraflar – Türkiyə bu məktubdan danışır

 “Real Madrid”in və Türkiyə millisinin gənc futbolçusu Arda Gülər “The Players’ Tribune” platformasında yayımlanan şəxsi məktubundan danışıb. Milli.Az xəbər verir…
Yeni Roma Papası Leo kimdir? – Bilməli olduğunuz 10 vacib fakt

Yeni Roma Papası Leo kimdir? – Bilməli olduğunuz 10…

Vatikanda keçirilən konklavın üçüncü turunda, Papa Fransiskin vəfatından sonra, yeni papa seçilən- XIV Leo, əsl adı ilə Robert Francis Prevost.…
Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac…
Rəsmilər Fəxri xiyabanda – FOTOLAR

Rəsmilər Fəxri xiyabanda – FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular,…
Polis Akademiyasının kursantlarından fləşmob – Video

Polis Akademiyasının kursantlarından fləşmob – Video

DİN-in Polis Akademiyasının kursantları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan fləşmob keçiriblər. Proses.az xəbər verir ki,…
DSK sədri vəfat etdi – Foto

DSK sədri vəfat etdi – Foto

Kürdəmirdə vəzifəli şəxs vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədri Əbülfət Mikayılov 60 yaşında…
“Mən atamın inamını doğrultdum…”- VİDEO

“Mən atamın inamını doğrultdum…”- VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesablarında video paylaşıb. Proses.az…
Prezident Ağdamda açılışda iştirak etdi

Prezident Ağdamda açılışda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Proses.az xəbər verir ki, bu…
Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır – VİDEO

Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır – VİDEO

“Ögey ana”, “Fəryad” kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. Bu barədə…
“Uzak şehir” izləyicilərinə pis xəbər

“Uzak şehir” izləyicilərinə pis xəbər

Televiziya ekranlarının reytinq rekordu qıran “Uzaq Şəhər” serialında birinci mövsümün final tarixi bəlli olub. Fenomen serial 2 iyun tarixində yayımlanacaq…
Manaf kövrəldi: “Bu, sonuncu yubileyimdir” – VİDEO

Manaf kövrəldi: “Bu, sonuncu yubileyimdir” – VİDEO

Müğənni Manaf Ağayev 60 illik yubileyini qeyd edib. Milli.Az xəbər verir ki, şou biznes nümayəndələrinin iştirakı ilə məclis keçirən Ağayev…