• 25.04.2025 10:35

DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib – VİDEO

DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib – VİDEO

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı vətəndaşlara çağırış edib.

Bu barədə Proses.az-a nazirlikdən məlumat verilib.

Çağırışda bildirilib:

“Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər.

Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər.

Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur.

Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər. Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!”.

DİGƏR XƏBƏRLƏR

Pezeşkianın oğlu da həmin şeiri paylaşdı – VİDEO

Pezeşkianın oğlu da həmin şeiri paylaşdı – VİDEO

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian sosial media hesabında emosional paylaşımı ilə diqqət çəkib. O da atasının Bakıda dediyi şeirin…
6 manatdan 11 manata qaldırıldı – Yeni QƏRAR

6 manatdan 11 manata qaldırıldı – Yeni QƏRAR

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edib. Proses.az xəbər verir ki, Baş nazir Əli…
Elşad bacısı uşağının ad gününə gedirmiş… – Həmin işdə hökm oxundu

Elşad bacısı uşağının ad gününə gedirmiş… – Həmin işdə…

Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Mercedes” markalı avtomobillə əks zolağa çıxaraq qəza törədən 28…
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər…
Binadan atılan Ayşən tualetdə saxlanılırmış – Qətli törədən 23 yaşlı Hüseynin ŞOK İFADƏSİ

Binadan atılan Ayşən tualetdə saxlanılırmış – Qətli törədən 23…

23 yaşlı arvadını əlləri bağlı vəziyyətdə 8-ci mərtəbədən ataraq ölümünə səbəb olan 23 yaşlı Hüseynin cinayət işinin təfərrüatı məlum olub.…
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.…
Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA – 10 gün…

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA – 10…

Azərbaycanda bəzi vətəndaşlar pensiyaların verilmə tarixi ilə bağlı narazılıq edir. Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) sözügedən ödənişləri hər…
Dünən Pezeşkianın qızı da Bakıda imiş – FOTO

Dünən Pezeşkianın qızı da Bakıda imiş – FOTO

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib. M.Pezeşkianı Bakı səfərində…
Zenfiranın ailəsi dağıldı? – idmançı əri özü açıqladı – FOTO

Zenfiranın ailəsi dağıldı? – idmançı əri özü açıqladı –…

Müğənni Zenfira İbrahimova uzun müddətdir həyat yoldaşı, idmançı Anar Heydərovla birgə heç bir paylaşım etmir. Milli.Az xəbər verir ki, sosial şəbəkə…
“Uşaqların “ana” deyərək qışqırmasından həzz alırdım”

“Uşaqların “ana” deyərək qışqırmasından həzz alırdım”

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı məlum olub.…
Nazir tanınmış cərraha vəzifə verdi – FOTO

Nazir tanınmış cərraha vəzifə verdi – FOTO

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində məşhur cərraha müşavir vəzifəsi verilib. Proses.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Anar Əliyevin…
İcra başçısının müavini işdən çıxarıldı

İcra başçısının müavini işdən çıxarıldı

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.  Proses.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, RİH başçısının müavini-İctimai-siyasi və humanitar…
Bakıda özəl günlər üçün ideal məkan: “Atelier 61 Events Hall” artıq xidmətinizdə

Bakıda özəl günlər üçün ideal məkan: “Atelier 61 Events…

Özəl günlərini unudulmaz etmək istəyənlər üçün yeni imkan yaradılıb. Proses.az xəbər verir ki, “Pasha Holding”in tərkibində fəaliyyət göstərən “Saffron Restaurant…
Emin düşdüyü qəzanın görüntüsünü yaydı – VİDEO

Emin düşdüyü qəzanın görüntüsünü yaydı – VİDEO

Xalq artisti Emin Ağalarov keçirtdiyi avtomobil qəzasının görüntülərini yayımlayıb. Müğənni yağışlı havada sürətlə maşın sürdüyü üçün qəzaya düşdüyünü bildirib. “Bu…
İmirzalıoğlu ekranlara qayıdır, hər bölümə sərvət qazanacaq

İmirzalıoğlu ekranlara qayıdır, hər bölümə sərvət qazanacaq

Türkiyənin sevilən simalarından olan Kenan İmirzalıoğlu ekranlara qayıdışa hazırlaşır. Milli.Az türk mediasına istinadla xəbər verir ki, “Kim Milyoner Olmak İster?”…