- 26.04.2025 08:19
Ərdoğan onları təbrik etdi – Video

Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubunun U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oyundan sonra zəng vuraraq, qalib komandanı təbrik edib.
“Matçı izlədim. Hər iki qol möhtəşəm idi”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, “Trabzonspor” finalda İspaniya “Barselona”sı ilə üz-üzə gələcək.
Görüntüləri təqdim edirik: