- 28.04.2025 09:54
İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi – Video

İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini azərbaycanca söyləyib.
Proses.az xəbər verir ki, o, şeiri AzTV-yə müsahibəsi zamanı səsləndirib.
“Şəhriyarın çox şeirləri var. Amma “Heydərbabaya salam” şeiri bizim həyatımızı özündə əks etdirir. Ona görə mən tez-tez ona müraciət edirəm”, – deyə Pezeşkian bildirib.
Qeyd edək ki, İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.
M.Pezeşkianın şeir dediyi həmin görüntüləri təqdim edirik: