- 30.04.2025 17:43
“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib.
Əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb.
Onlardan 18-i həbs edilib.
Bundan əvvəl isə aprelin 26-da İstanbul, Ankara və Tekirdağda 47 şübhəli saxlanılmışdı. Bundan sonra isə, hüquq-mühafizə orqanları daha 5 nəfəri həbs etmişdi.
Xatırladaq ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı mart ayında həbs edilmişdi.