• 01.05.2025 12:38

Qəyyum və himayəçilərin nəzərinə!

Qəyyum və himayəçilərin nəzərinə!

Ailə Məcəlləsində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Ailə Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, bu Məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək. Bundan əlavə Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, bu Məcəllənin 36.1-ci və 36.2-ci maddələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə ediləcək. Bununla yanaşı “Uşaq hüquqları haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək.

Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək. Əlavə olaraq “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və həmin qərarlar bu qanunun 27-ci maddəsinin VI-II hissəsinə uyğun olaraq əldə ediləcək.

Bundan başqa, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək.

Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək. Həmçinin “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, qəyyumluq və himayə orqanları bu qanunun 14.1-ci maddəsində nəzərdə tutulan məsələlərlə əlaqədar qəbul edilmiş qərarlarını 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edəcəklər.

Bununla yanaşı, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10.1-ci maddəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Məlumat üçün bildirək ki, dəyişiklik təklif olunan qanunlarda uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilib. Bu səlahiyyətlər çərçivəsində qəyyumluq və himayə orqanı uşaq maraqlarının, o cümlədən üzərində qəyyumluq və himayə təyin edilmiş uşaqların əmlak və digər hüquqlarının qorunması məqsədilə qərarlar qəbul edəcək. Təklif olunan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

Beləliklə, qanunda qəyyumluq və himayəçilik orqanlarının razılığının (icazəsinin) verilməsi nəzərdə tutulduqda, bununla bağlı həmin orqan qərarlar qəbul edir və bu qərarı 1 iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) daxil edilir. Nəticədə, dövlət xidmətlərinin göstərilməsi zamanı digər dövlət qurumlarının həmin qərarları EHİS vasitəsilə əldə etmək imkanı yaranır. Bu xüsusda dövlət xidmətlərinin göstərilməsi zamanı qəyyumluq və himayəçilik orqanlarının qərarlarının vətəndaşlardan tələb edilmədən informasiya sistemindən operativ qaydada əldə edilməsi əhaliyə göstərilən dövlət xidmətlərinin təkmilləşdirilməsinə, vətəndaşların həmin xidmətlərdən operativ və rahat formada istifadəsinə şərait yaradacaq. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Bakı bulvarındakı “Wonder Park”dan şikayət var. Musavat.com xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Uşaqlar Günündə balacalarla əylənməyə çıxan valideynlər…
3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

Abbaslı Mehdi Rafil oğlunun köməyə ehtiyacı var. Musavat.com-a müraciət edən ailə bildirir ki, övladları neyroblastoma adlı xəstəlikdən əziyyət çəkir. Mehdi…
Bu həftədən bayram tətili başlayır

Bu həftədən bayram tətili başlayır

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.  İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı,…
Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Bu gün Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Proses.az…
Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib. Məktəbin fiziki tərbiyə müəllimi ötən gün…
Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür. Sakinlər bildiriblər ki, bir neçə ildir Mayakovski küçəsi…
Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyev artıq evə buraxılıb. Aktyor vəziyyətinin qənaətbəxş olduğunu bildirib.…
“Oğluma deyiblər ki, anandan pul götür gəl”

“Oğluma deyiblər ki, anandan pul götür gəl”

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib. Proses.az xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb. “Nə dərəcədə sırtlıq…
Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropolitenində sərnişinlər, xüsusilə də uşaqlı ailələr çətin anlar yaşayıb.…
Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Argentina yığması və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib. Bu barədə iş…
Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq…
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də,…
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” –  Jurnalist Nəzrin Hüseynzadə

“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” – Jurnalist Nəzrin…

Jurnalist Nəzrin Hüseynzadə  İTV ilə bağlı şok iddia yayıb. Proses.az olay-a istinadla xəbər verir ki, jurnalist rəqs videosunu paylaşaraq təhsil…
Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər yağlanması dünyada ən çox yayılmış və sürətlə yayılan xroniki qaraciyər xəstəliklərindən biridir. Musavat.com xəbər verir ki, son illərdə ölkəmizdə və…
Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Sabah daha 1 itkin şəhid dəfn ediləcək. Proses.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar…