• 01.05.2025 16:19

Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.

Proses.az xəbər verir ki, bu barədə “Report”a qurumun sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib.

Beləliklə, Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 9 640 manatdır. Elə həm yeni, həm də köhnə tikililərdəki mənzillər üzrə liderlik də Neftçilər prospektindədir. Müvafiq olaraq 9 629 manatla və 9 650 manatla.

Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 635 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də Bəsti Bağırova küçəsindədir. Müvafiq olaraq 3 985 manatla və 3 285 manatla.

Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 may küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 827 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 4 175 manatla rayonun Hənifə Ələsgərova küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 918 manatla Nizami küçəsindədir.

Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 3 199 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 3 408 manatla rayonun Nəcəfqulu Rəfiyev küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 050 manatla elə Xocalı prospektindədir.

Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 574 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 980 manatla rayonun Həsənoğlu küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 280 manatla Şah İsmayıl Xətai prospektindədir.

Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 818 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 025 manatla Q.Qarayev prospektində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 2 630 manatla Elşən Süleymanov küçəsindədir.

Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 113 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Z.Əliyev küçəsindədir. Müvafiq olaraq, 2 230 manatla və 1 995 manatla elə Zahid Əliyev küçəsindədir.

Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 401 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də O.Əfəndiyev küçəsindədir. Müvafiq olaraq 2 562 manatla və 2 239 manatla.

Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahimpaşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 813 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də İbrahimpaşa Dadaşov küçəsindədir. Müvafiq olaraq 2 916 manatla və 2 710 manatla.

Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 005 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Mərdəkan şossesindədir. Müvafiq olaraq 2 140 manatla və 1 845 manatla.

Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 1 842 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 1 990 manatla rayonun Zahid Qasımov küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 1 750 manatla elə S.Orucov küçəsindədir.

DİGƏR XƏBƏRLƏR

Nail Naiboğlu arıqlayıb tanınmaz hala düşdü – FOTO

Nail Naiboğlu arıqlayıb tanınmaz hala düşdü – FOTO

Tanınmış rejissor Nail Naiboğlu12 kiloqram arıqlayıb. O, özü bu barədə açıqlama verib. Rejissor 6 ay ərzində belə nəticəyə gəldiyini bildirib: “Altı ay…
Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa etdi…”

Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi: “Özünü ifşa…

Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suranaxı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin…
Azərbaycanda oğul anasının ölümünə görə tutuldu

Azərbaycanda oğul anasının ölümünə görə tutuldu

Babək rayon Şəkərabad kənd sakini 1978-ci il təvəllüdlü Leyla Qoçəliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Proses.az xəbər verir ki,…
Bu valyutalar ucuzlaşdı

Bu valyutalar ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Musavat.com xəbər verir ki, 2025-ci il iyun ayının 5-də ABŞ dollarının məzənnəsi dəyişməyərək…
Lerikin 5 kəndində yol dərdi:100 nəfər Saleh Məmmədova yazdı

Lerikin 5 kəndində yol dərdi:100 nəfər Saleh Məmmədova yazdı

Lerik rayonunun Vizəzəmin, Sipyəreğon, Kıncıvo, Cənginəvud və Kornədi kəndlərinin sakinləri yolların bərbad vəziyyətdə olmasından ciddi narazılıq edirlər. Proses.az xəbər verir…
Benzia “Qarabağ”dan getdi? – FOTO

Benzia “Qarabağ”dan getdi? – FOTO

“Qarabağ”ın ulduz futbolçusunun komandadan ayrıldığı iddiası ortaya atılıb. “Qarabağ”ın anlaşa bilmədiyi Yasin Benzia ilə yolları ayıracağı gözlənilir. Benzia instaqram hesabında…
Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı

Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb. Musavt.com oxu.az-a istinadən xəbər verir…
Pensiyalar vaxtından əvvəl veriləcək

Pensiyalar vaxtından əvvəl veriləcək

İyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Proses.az…
“İçərişəhər” Muzey Mərkəzinin direktoru o oldu – Foto

“İçərişəhər” Muzey Mərkəzinin direktoru o oldu – Foto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib. Bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin…
Bu yaşda Leyli-Məcnun olar? – Xalq artisti ittihamlara cavab verdi

Bu yaşda Leyli-Məcnun olar? – Xalq artisti ittihamlara cavab…

Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə tənqid olunub. Proses.az qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb hər…
“”Bayquşlar” evimizi yıxdı, qapazı qoyasan ağızlarının üstünə”

“”Bayquşlar” evimizi yıxdı, qapazı qoyasan ağızlarının üstünə”

Aktrisa Zülfiyyə Qurbanova paylaşımı ilə diqqət çəkib. O, sosial şəbəkədə hesabında bəzi insanları hədəf alıb. “Ən nifrət elədiyim insanlar, dünyaya…
ABŞ-də yaşayan azərbaycanlı aparıcı ana olacaq – FOTO

ABŞ-də yaşayan azərbaycanlı aparıcı ana olacaq – FOTO

Xəbər verdiyimiz kimi, teleaparıcı və aktrisa Səhər Əkbər ailə quraraq ABŞ-yə köçmüşdü. Milli.Az xəbər verir ki, Xəzər Tv-nin keçmiş aparıcısı həyat…
Ərdoğan Pezeşkianla telefonla danışdı

Ərdoğan Pezeşkianla telefonla danışdı

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.  “Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir…
Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı – DTX və DMX hərəkətə keçdi

Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı – DTX və…

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb. Proses.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti…
Bəy və gəlin toy günü qəzaya düşdü

Bəy və gəlin toy günü qəzaya düşdü

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Proses.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində baş verib. Belə…