• 05.05.2025 11:10

Onlara PULSUZ ev veriləcək – Nələr lazımdır? AÇIQLANDI

Onlara PULSUZ ev veriləcək – Nələr lazımdır? AÇIQLANDI

Son dövrlər qanunvericiliyə edilən dəyişikliklər fonunda dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilən vətəndaş kateqoriyaları geniş ictimai marağa səbəb olub.

Proses.az xəbər verir ki, bu məsələ ilə bağlı ictimaiyyətdən çoxsaylı sualların ünvanlandığını deyən iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov məsələyə aydınlıq gətirib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin sərəncamları və Nazirlər Kabinetinin qərarları əsasında müəyyən kateqoriyalara aid vətəndaşlara dövlət büdcəsi hesabına mənzillər verilir.

Bəs bu mənzilləri kimlər ala bilər? Vüqar Bayramovun izahını təqdim edirik:

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar. Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarmız və eləcə də valdeyinlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir.

“Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub.

Pulsuz mənzil almaq üçün hansı sənədlər təqdim olunmalıdır?

Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər”.

DİGƏR XƏBƏRLƏR

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Uşaqlar Günündə uşaqlara sayğısızlıq – Bakı bulvarında özbaşınalıq

Bakı bulvarındakı “Wonder Park”dan şikayət var. Musavat.com xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Uşaqlar Günündə balacalarla əylənməyə çıxan valideynlər…
3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

Abbaslı Mehdi Rafil oğlunun köməyə ehtiyacı var. Musavat.com-a müraciət edən ailə bildirir ki, övladları neyroblastoma adlı xəstəlikdən əziyyət çəkir. Mehdi…
Bu həftədən bayram tətili başlayır

Bu həftədən bayram tətili başlayır

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.  İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı,…
Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Bu gün Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Proses.az…
Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib. Məktəbin fiziki tərbiyə müəllimi ötən gün…
Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür. Sakinlər bildiriblər ki, bir neçə ildir Mayakovski küçəsi…
Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyev artıq evə buraxılıb. Aktyor vəziyyətinin qənaətbəxş olduğunu bildirib.…
“Oğluma deyiblər ki, anandan pul götür gəl”

“Oğluma deyiblər ki, anandan pul götür gəl”

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib. Proses.az xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb. “Nə dərəcədə sırtlıq…
Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropolitenində sərnişinlər, xüsusilə də uşaqlı ailələr çətin anlar yaşayıb.…
Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Argentina yığması və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib. Bu barədə iş…
Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq…
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də,…
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” –  Jurnalist Nəzrin Hüseynzadə

“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” – Jurnalist Nəzrin…

Jurnalist Nəzrin Hüseynzadə  İTV ilə bağlı şok iddia yayıb. Proses.az olay-a istinadla xəbər verir ki, jurnalist rəqs videosunu paylaşaraq təhsil…
Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər yağlanması dünyada ən çox yayılmış və sürətlə yayılan xroniki qaraciyər xəstəliklərindən biridir. Musavat.com xəbər verir ki, son illərdə ölkəmizdə və…
Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Sabah daha 1 itkin şəhid dəfn ediləcək. Proses.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar…