- 05.05.2025 12:13
Bakıda yeni hava limanı tikilir – Bu ünvanda

Bu gün Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanı tikilir.
Proses.az xəbər verir ki, bu sözləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O qeyd edib ki, bu hava limanının əvvəlcə yük üçün tikilməsi nəzərdə tutulurdu.
“Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat koridorlarının kəsişməsində yerləşir. Nəzərdə tutduğumuz o idi ki, bu hava limanı ancaq yükdaşımalarda istifadə olunsun, ancaq bu gün qərar dəyişib. Hava limanı tikiləndən sonra bizim investorlar çox əlverişli şəraitlə təmin olunacaq”.