• 05.05.2025 14:58

İki qardaşın YARIM MİLYARDLIQ məhkəməsindən xəbər var

İki qardaşın YARIM MİLYARDLIQ məhkəməsindən xəbər var

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvlərinin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Proses.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin əlavə vəsatətlərinin təqdimi ilə davam etdirilib. Vəsatətlərdən təmin olunmayanları olsa da, növbəti mərhələyədək müzakirəsi açıq qalanlarda olub. Daha sonra məhkəmə yerində müşavirə edərək sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib.

Buna görə də müəyyən əlavə sənədlərin məhkəməyə təqdim olunması ilə baglı vəsatət təqdim edilib və buna görə məhkəmədən vaxt istənilib.

Məhkəmə bununla bağlı vəsatəti təmin edərək əlavə sənədlərin toplanması üçün növbəti prosesi mayın 30-na təyin edib.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs ediliblər.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

DİGƏR XƏBƏRLƏR

Şəhidin bacısı vəfat etdi

Şəhidin bacısı vəfat etdi

Vətən müharibəsi şəhidi Alxas Yunusovun bacısı vəfat edib. Proses.az xəbər verir ki, şəhidin bacısı Vəfa Qarayeva 31 yaşında xəstəlikdən ölüb.…
Zelenski Hakan Fidanı qəbul etdi – Fotolar

Zelenski Hakan Fidanı qəbul etdi – Fotolar

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Bu barədə məlumatı Türkiyə XİN…
Rusiya DİN-in solisti vəhşicəsinə öldürüldü – FOTO

Rusiya DİN-in solisti vəhşicəsinə öldürüldü – FOTO

Rusiya Daxili İşlər Nazirliyinin “Mahnı və rəqs – Gornitsa” ansamblının solisti 38 yaşlı Maria M. Moskvada vəfat edib. Milli.Az bildirir…
Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu

Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Proses.az…
ABŞ-da erməni cinayətkar şəbəkəsi ifşa edildi – 30 milyon dollarlıq fırıldaq

ABŞ-da erməni cinayətkar şəbəkəsi ifşa edildi – 30 milyon…

“Fox News” telekanalı Los-Ancelesdə fəaliyyət göstərən erməni cinayətkar dəstənin ifşasına dair eksklüziv görüntülər yayımlayıb. Milli.Az xəbər verir ki, ABŞ hökumətinin COVID-19…
Əvəz Zeynallı müsahibə verdi, sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

Əvəz Zeynallı müsahibə verdi, sağlıq durumunu, gələcək planlarını açıqladı…

Hazırda Türkiyədə müalicə olunan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı müsahibə verib.  Musavat.com xəbər verir ki, o, rəhbəri olduğu kanala müsahibəsində…
Tiktoker “Vaqa” barəsində qərar verildi

Tiktoker “Vaqa” barəsində qərar verildi

Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa) azadlığa buraxılıb. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı…
Rəşad Dağlı bu təklifdən imtina etdi…

Rəşad Dağlı bu təklifdən imtina etdi…

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insanların yaddaşında da iz buraxıb. Onun səhnədəki duruşu, sözə verdiyi dəyər…
İlham Əliyev Sərəncam İMZALADI

İlham Əliyev Sərəncam İMZALADI

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”…
Tanınmış müğənninin ölüm xəbəri yayıldı – FOTO

Tanınmış müğənninin ölüm xəbəri yayıldı – FOTO

2021-ci ildə döş xərçəngini məğlub edərək sağlamlığına qovuşan türkiyəli müğənni Şimal bu dəfə beynində aşkarlanan şiş səbəbilə reanimasiyada həyat mübarizəsi aparır.…
Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə – Hökm oxundu

Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə –…

Bakıda evinin mətbəxində eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi…
XƏBƏRDARLIQ – Bu zəngləri AÇMAYIN

XƏBƏRDARLIQ – Bu zəngləri AÇMAYIN

Vətəndaşların bank kartlarından oğurluq davam edir. Bu barədə Proses.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS…
Manatın məzənnəsi ilə bağlı mühüm AÇIQLAMA: “Devalvasiya və inflyasiya göstəriciləri…”

Manatın məzənnəsi ilə bağlı mühüm AÇIQLAMA: “Devalvasiya və inflyasiya…

Son statistik məlumatlara görə, manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd, ilin əvvəli…
Polis Günel İbişovanı saxladı – FOTOLAR

Polis Günel İbişovanı saxladı – FOTOLAR

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.…
Bu BÜRCLƏRƏ pul yağacaq – Böyük qazanc gözlənilir

Bu BÜRCLƏRƏ pul yağacaq – Böyük qazanc gözlənilir

Birdən böyük pul qazana biləcək 6 bürc astroloji inanclara əsaslanaraq aşağıdakı kimi sıralana bilər. Milli.Az xəbər verir ki, bu bürclər tez-tez…