- 06.05.2025 14:29
Bakıda DƏHŞƏTLİ İNTİHAR: özünü 11-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi olub.
Hadisə səhər saat 7 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsində qeydə alınıb.
Bakı şəhər sakini, 34 yaşlı Xəyal Salman oğlu Hüseynov yaşadığı binanın 11-ci mərtəbəsindən özünü atıb. Nəticədə aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır. (Lent.az)