• 06.05.2025 17:16

“Məni 4 saatdan çox gözlətdilər” – İlk dəfə danışdı

“Məni 4 saatdan çox gözlətdilər” – İlk dəfə danışdı

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiya tərəfinin dəvəti və Abşeron RİH-nin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Lakin nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskva hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

Proses.az xəbər verir ki, deputat məsələ ilə bağlı APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Rusiyaya səfəriniz zamanı baş verənlər sizin üçün nə dərəcədə gözlənilən idi?

– Mayın 4-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdıq. Təyyarə ilə Moskvaya, oradan isə Həştərxana uçmalı idik. Nümayəndə heyətinə Abşeron RİH başçısı, həmkarım Elman Nəsirov və mən daxil idim. Moskvada Şeremetyevo Hava Limanında sərhəd-keçid prosedurlarını normal keçəndən sonra Həştərxana təyyarə gözlədiyimiz zaman Rusiyanın Federal Sərhəd Xidmətinin əməkdaşları mənə yaxınlaşdılar və dedilər ki, sizin ölkəyə girişiniz ilə bağlı aydınlaşdırılmalı məsələlər var.

Araşdırma üçün onlarla bir yerdə məlumat bazasına baxılması ilə əlaqədar kompüter olan xüsusi otağa getdik. Bir müddətdən sonra həmin Xidmətin rəisi əlində bir kağız bildirişlə mənə yaxınlaşdı və qeyd elədi ki, siz bu bildirişə imza atmalısınız, Rusiyaya girişiniz qadağan olunub. Bildirildi ki, geri qayıtmalıyam. Bildirişdə qeyd olunmuş məsələ ümumiyyətlə həqiqətdən uzaq bir məsələ idi. Deportasiya üçün məni müəyyən olunmuş əraziyə apardılar. Orada 4 saatdan çox gözləməli oldum və 4 saatdan sonra Bakıya qayıdan təyyarə ilə məni Bakıya yola saldılar. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı və həmkarım Elman Nəsirov Həştərxana yola düşdülər, keçirilən tədbirlərdə də iştirak ediblər.

Burada bir anlaşılmazlıq var. Çünki bundan əvvəl 17-20 aprel tarixlərində Dağıstan Xalq Məclisinin 30 illik yubileyi tədbirlərinə qatılmışdıq. Aprelin 17-də dövlət sərhədini normal şəkildə keçmişik, hər hansı bir qadağanın olması haqqında xəbərdarlıq yox idi. Ancaq üzərindən qısa bir müddət keçəndən sonra Həştərxanda keçirilən tədbirlə əlaqədar səfər zamanı Moskvada bildirildi ki, Rusiyaya girişim qadağan olunub və əgər qeyri-qanuni şəkildə gəlsəm, cinayət məsuliyyətinə cəlb olunacağam. Bunlar əsassız iddialardır.

– Sizə qarşı hansı iddia irəli sürülüb?

– Bildirişdə qeyd olunmuşdu ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmağıma icazə verilmir. Söhbət Rusiyanın təhlükəsizliyi və ya ictimai-siyasi sabitliyi ilə bağlı məsələdən gedir.

– Yəni açıq bildirilmədi ki, konkret hansı açıqlamanıza, fəaliyyətinizə görə həmin maddələrin tələblərini pozmusunuz?

– İndiyə qədər də Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməyib.

– TASS diplomatik mənbəyə istinadən bir növ Rusiyanın mövqeyini çatdırmışdı. Arqumentlərdən biri bu idi ki, Azərbaycan da bir sıra rusiyalı deputatların girişinə qadağa qoyub, bu da fərdi şəkildə qadağadır.

– Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi həmişə Rusiya-Azərbaycan əlaqələrinin inkişafına müsbət yanaşmışam və bu əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək fikirlər ifadə etmişəm. TASS-ın yaydığı məlumatda qeyd olunanlar həqiqətdən uzaqdır.

Rəsmi Bakı anti-Azərbaycan fikirlərinə görə Rusiya parlamentinin bəzi üzvlərinin ölkəyə girişinə qadağa qoyub. Yəni onlar Azərbaycan dövlətçiliyinə xələl gətirəcək ifadələr səsləndirdiklərinə görə qadağaya məruz qalıblar. Mənim Rusiya dövlətinə qarşı heç bir fikrim olmayıb. Mən yalnız Azərbaycan xalqını təhqir edən deputatın dediklərinə cavab vermişəm. Yəni deportasiya olunma səbəbi ilə göstərilən arqumentlər tamamilə yanlışdır. Bir daha qeyd edirəm ki, mənim Rusiya dövlətinə və xalqına qarşı heç vaxt neqativ fikrim olmayıb.

Çox arzulayardım ki, Rusiyanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirsin, baş verənlərə düzgün, obyektiv bir izah versin. Bu günə qədər Rusiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməyib.

– Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda fəaliyyətinizi davam etdirəcəksiniz?

– Rusiya tərəfi bu qərarda yanlışlıq olduğunu qəbul etsə, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. Əks halda, yəni qadağa davam edərsə, bu qrupda qalmağım mümkün olmayacaq.

– Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirləriniz necədir?

– Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralına müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu sənəd əsasında iki ölkə arasında əməkdaşlıq davam edir. Amma çox təəssüf ki, bu Bəyannamənin ruhuna uyğun gəlməyən belə hərəkətlər baş verir. Bu da, təbii ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə kölgə salır.

– Yeri gəlmişkən, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan təyyarə qəzası məsələsi də var. Ötən dövr ərzində təyyarə qəzası ilə əlaqədar Rusiya tərəfi, demək olar ki, istintaq hərəkətləri aparmır, həbs edilənlər, saxlanılanlar yoxdur və bu da Azərbaycan tərəfini narazı salır. Bu məqam Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nə dərəcədə mane olur?

– Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa Rusiya-Azərbaycan münasibətləri baxımından yaxşı bir göstərici deyil. Əgər münasibətlərimiz qarşılıqlı hörmət əsasında davam etdirilməlidirsə, belə hadisələrə yol verilməməlidir. Əgər anlaşılmazlıqlar baş verirsə, bu, ikitərəfli qaydada araşdırılmalı və aydınlıq gətirilməlidir. Gizli məqamlar qalmamalıdır.

Hər bir halda təyyarə ilə bağlı hadisə Rusiyanın ərazisində Rusiyanın hərbçiləri tərəfindən törədilib. Rusiya buna görə rəsmi şəkildə üzr istəməli və müvafiq kompensasiyalar ödəməlidir.

DİGƏR XƏBƏRLƏR

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR – Tarix AÇIQLANDI

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR – Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir. Şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən…
Qaraciyəri təmizləyən, xərçəngi məhv edən MÖCÜZƏVİ QARIŞIM

Qaraciyəri təmizləyən, xərçəngi məhv edən MÖCÜZƏVİ QARIŞIM

Müasir həyatın sürətli ritmi, qeyri-sağlam qidalanma və stress bədənimizə, xüsusilə də qaraciyərimizə ciddi zərər verir. Lakin təbiət bizə bu zərərlərin…
“Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür”

“Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür”

“Mən həmişə dövlət xəstəxanalarına üz tutmuşam. Bir-iki dəfə olub ki, “check-up” müayinə üçün özəl xəstəxanalara getmişəm. Mən təcrübəli həkimlərin yanına…
Yediyimiz yeməkdən geyindiyimiz paltara qədər hər yerdə var – BEYİNİ MƏHV EDİR

Yediyimiz yeməkdən geyindiyimiz paltara qədər hər yerdə var –…

Plastik nəinki təbiəti çirkləndirir, o, indi yediyimiz yeməkdən tutmuş geyindiyimiz paltara qədər hər yerdə var. Araşdırmalar mikroplastiklərin orqanizmə vurduğu zərərləri…
Leysan, dolu, 36° isti- Sabahın havası

Leysan, dolu, 36° isti- Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir…
Bakıda ər arvadını döyərək öldürdü

Bakıda ər arvadını döyərək öldürdü

Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, 2004-cü il təvəllüdlü Vəliyeva Ləman Mehman qızı…
Xaricdən mobil telefon gətirmək niyə azalıb? – ARAŞDIRMA – VİDEO

Xaricdən mobil telefon gətirmək niyə azalıb? – ARAŞDIRMA –…

Artıq kargo şirkətləri xaricdən mobil telefonların ölkəyə çatdırılmasını həyata keçirmirlər. Proses.az Xəzər TV-yə istinadən xəbər verir ki, elektron ticarət məsələləri…
İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…