• 07.05.2025 10:05

Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO

Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO

İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Zühtüpaşa məhəlləsində yerləşən 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.

Naməlum səbəbdən başlayan yanğın nəticəsində mənzildə tək yaşayan 65 yaşlı tənqidçi yazar Süha Oğuzertem tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Oğuzertem həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını itirib. Yanğının baş verdiyi mənzil tamamilə yararsız hala düşüb. Yanğının səbəbləri araşdırılır, polis hadisə ilə bağlı təhqiqat aparır.

Qeyd edək ki, yanğında ağır yaralanan və xəstəxanada dünyasını dəyişən Süha Oğuzertem ABŞ-ın İndiana Universitetində Müqayisəli Ədəbiyyat ixtisası üzrə magistr və doktorluq dərəcələri alıb. 1998–2007-ci illərdə Bilkent Universitetinin Türk Ədəbiyyatı kafedrasında magistr və doktorantura proqramlarında dərs deyib. 2008–2015-ci illərdə isə İstanbul Bilgi Universitetinin Müqayisəli Ədəbiyyat bölməsində çalışıb. Bir müddət universitetin magistr proqramı və Türk Dili Bölməsinin direktoru vəzifəsini də icra edib.

DİGƏR XƏBƏRLƏR

3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

3 yaşlı Mehdinin təcili köməyə ehtiyacı var – FOTO

Abbaslı Mehdi Rafil oğlunun köməyə ehtiyacı var. Musavat.com-a müraciət edən ailə bildirir ki, övladları neyroblastoma adlı xəstəlikdən əziyyət çəkir. Mehdi…
Bu həftədən bayram tətili başlayır

Bu həftədən bayram tətili başlayır

Azərbaycanda bu həftədən etibarən bayram tətili başlayır.  İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı,…
Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Prezident milli komandanın üzvlərini qəbul etdi – Foto

Bu gün Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Proses.az…
Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Daha bir gənc müəllim qəfil vəfat etdi – FOTO

Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib. Məktəbin fiziki tərbiyə müəllimi ötən gün…
Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bu küçədə kababxana səkini zəbt edib – VİDEO

Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür. Sakinlər bildiriblər ki, bir neçə ildir Mayakovski küçəsi…
Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var

Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyev artıq evə buraxılıb. Aktyor vəziyyətinin qənaətbəxş olduğunu bildirib.…
“Oğluma deyiblər ki, anandan pul götür gəl”

“Oğluma deyiblər ki, anandan pul götür gəl”

Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib. Proses.az xəbər verir ki, o, övladının başına gələn hadisədən danışıb. “Nə dərəcədə sırtlıq…
Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Bakı Metropoliteni rəhbərliyinin səhlənkarlığı və DƏHŞƏTLİ ANLAR -VİDEO

Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropolitenində sərnişinlər, xüsusilə də uşaqlı ailələr çətin anlar yaşayıb.…
Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Messi çempion olan Azərbaycan millisini təbrik etdi – VİDEO

Argentina yığması və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib. Bu barədə iş…
Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Bu şəxsləri dərhal blok edin – DİN-dən əhaliyə XƏBƏRDARLIQ

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq…
Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də,…
“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” –  Jurnalist Nəzrin Hüseynzadə

“İçkilisən dedilər, ərizə yazıb İTV-dən çıxdım” – Jurnalist Nəzrin…

Jurnalist Nəzrin Hüseynzadə  İTV ilə bağlı şok iddia yayıb. Proses.az olay-a istinadla xəbər verir ki, jurnalist rəqs videosunu paylaşaraq təhsil…
Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL – MÖCÜZƏDİR

Qaraciyər yağlanması dünyada ən çox yayılmış və sürətlə yayılan xroniki qaraciyər xəstəliklərindən biridir. Musavat.com xəbər verir ki, son illərdə ölkəmizdə və…
Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Daha bir itkin şəhidimiz dəfn olunacaq – FOTO

Sabah daha 1 itkin şəhid dəfn ediləcək. Proses.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar…
Qızı döyüb üzr videosunu çəkdilər – VİDEO

Qızı döyüb üzr videosunu çəkdilər – VİDEO

Antalyada iki qız bir gənc qızı döyüb üzr istətdirib, görüntüləri sosial şəbəkədə yayıblar. Antalyanın Muratpaşa rayonunda N.G. və N.Ü. adlı…