- 12.05.2025 15:08
Daha bir azərbaycanlı hərbçi Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.
Rusiya ilə Ukrayna arasında davam edən müharibədə azərbaycanlı əsilli daha bir hərbçi həyatını itirib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il mayın 3-də Xarkov vilayətinin Volçansk şəhəri istiqamətində gedən döyüşlər zamanı həlak olub.
Qeyd edək ki, Ruslan Əliyev müharibənin ilk günlərindən Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi./Milli.az/