• 14.05.2025 11:23

Əli Əsədov QƏRAR imzaladı

Əli Əsədov QƏRAR imzaladı

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər təsdiqlənib.

Proses.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyri-rezident fiziki şəxslərə dair tələblərə gəlincə, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər Azərbaycan ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməzlər.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən qeyri-rezident fiziki şəxslər akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına “İnzibati icraat haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada ərizə (əlaqə məlumatları göstərilməklə) təqdim edirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

– qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport, şəxsiyyət vəsiqəsi və s.) surəti;

– biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3×4 sm ölçüdə);

– müraciəti qeyri-rezidentin nümayəndəsi etdikdə, qeyri-rezident adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;

– qeyri-rezident fiziki şəxsə xarici ölkədə verilmiş aşağıdakı sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti:

– ali təhsil haqqında sənəd (diplom);

– 3 illik iş stajına malik olmasını təsdiq edən sənəd;

– məhkumluq barədə sənəd;

– qeyri-rezident fiziki şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməməsi haqqında sənəd;

– qeyri-rezident fiziki şəxsə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəd.

Qeyri-rezident fiziki şəxsin müraciətinə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar qeyrirezident fiziki şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi qeyri-rezident fiziki şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya qeyri-rezident fiziki şəxs tərəfindən təmin edilir.

Akkreditasiya olunmaq üçün qeyri-rezident fiziki şəxslərin müraciəti, sənədlərin və ya məlumatların tamlığı akkreditasiya orqanı tərəfindən 3 gün müddətində yoxlanılır (bu Qaydanın 4.3-cü bəndinin tələbləri nəzərə alınmaqla) və təsdiq edildikdən sonra qeyri-rezident fiziki şəxsin müraciəti qeydə alınır.

DİGƏR XƏBƏRLƏR

Zakir Həsənov İrana başsağlığı verdi

Zakir Həsənov İrana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı…
SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

İranın şimal-qərbində yerləşən Təbriz 24 saat ərzində üçüncü dəfə İsrail tərəfindən hücuma məruz qalıb. Musavat.com xəbər verir ki, bu barədə “NourNews”…
İsrail Təbriz aeroportunu VURDU

İsrail Təbriz aeroportunu VURDU

Təbriz şəhəri ətrafında partlayış səsləri eşidilib. Proses.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İsrail…
SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

Ermənistanın sabiq baş naziri Ovik Abramyan saxlanılıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Daxil olan məlumatlara görə,…
“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç instaqram hesabında paylaşım edib. O, hamilə olan xanımı Cennifer Buntiçlə fotolarını paylaşıb. Buntiç paylaşıma “The…
Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb. Proses.az Trend-ə…
Yasda ehsan verənlər cərimələnə bilər?

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar…
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının…
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona…

Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.…
Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma”…
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının…
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb…
Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüyə son qoyublar. Efirlərin birində qonaq qolan xanəndələr canlı yayımda barışdıqlarını nümayiş etdiriblər.…
“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.…
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki,…