• 14.05.2025 11:23

Xalq artistinin qızı haqda sarsıdıcı xəbərlər

Xalq artistinin qızı haqda sarsıdıcı xəbərlər

Rasim Balayev: “Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın…”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanı, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiya paytaxtında küçədə yaşamasının səbəblərini açıqlayıb.  Aktyor “Qaynarinfo”ya açıqlamasında bildirib ki, Ceyhun Mirzəyevin həyat yoldaşı müstəntiq olub və uzun müddət Respublika Prokurorluğunda işləyib: “Onlar gec ailə qurmuşdular. Ceyhun yenidən bərpa olunmuşdu, yaxşı filmlər çəkirdi. Belə bir dönəmdə Ceyhun dünyasını dəyişdi. Rəhmətə gedəndən bir az sonra onun həyat yoldaşı bir gün studiyaya gəldi. Hamımıza dedi ki, daha mən burada qala bilmirəm. Bakı məni Ceyhunsuz sıxır. Burada yaxşı evləri vardı, onu satdı. Nə qədər etdiksə, onu yolundan döndərə bilmədik. Qızını da götürüb getdi Rusiyaya. Qadın dedi ki, mən burada Ceyhunsuz yaşamaq istəmirəm, qohumlarım orada, mən burada. Onlar köçəndə Moskvaya getməyib. Bu qız niyə küçədə qalıb? Çox yaxşı imkanları olub”.

Əbdül Mahmudbəyov uzun müddət Azərbaycanın Rusiyada səfiri olmuş, Milli Məclisin deputatı Polad Bülbüloğluna müraciət edib: “Azərbaycanın Rusiyada səfirliyi var, niyə ora müraciət etməyib? Mədəniyyət Nazirliyinə müraciət edirəm, bu məsələ ilə maraqlanmaq lazımdır. İmkan varsa, Ceyhun Mirzəyevin qızını qaytaraq Azərbaycana. Ya da onu küçələrə salan səbəblər araşdırılmalıdır. Polad Bülbüloğlunun yaxşı əlaqələri var. Ona müraciət edirəm, belə bir aktyorun qızının taleyinə biganə qalmayaq”.

Xatırladaq ki, Ceyhun Mirzəyevlə milliyyətcə tatar olan Lidiya Qriqoryevna 1973-cü ildə ailə qurub. Cütlüyün Cəmalə adlı bir qızı var. Lidiya Mirzəyeva Azərbaycanda prokurorluq və ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub. Lidiya xanım 11 iyun 2015-ci il tarixində dünyasını dəyişib.

Ceyhun Mirzəyevin xalası oğlu ilə yaxın dost olmuş və vaxtilə mərhum sənətkarla şəxsi münasibətlər qurmuş Hollandiyada yaşayan diaspor fəalı, “Xudafərin” jurnalının rəhbəri Elman Mustafazadə hələ bir neçə il öncə sosial şəbəkədə belə bir açıqlama yaymışdı: “Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Rusiyanın Pyatiqorsk şəhərində ev alaraq orada yaşayırdılar.

Bir necə il bundan öncə Azərbaycan diasporunun nümayəndə heyətinin tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı. Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl-göyçək nakam qızına isə bir alçaq evlənməyə söz verib və ona öz evini satdırıb. Bir müddət qızla birgə yaşayan oğlan bu zavallını zərərli vərdişlərə  alışdırıb, sonra da atıb gedib. Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun rəhbərlərindən olan Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş etdim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəyib, təəssüf ki, qız hər bir yardımdan imtina edib”.

Elman Mustafazadənin sözlərinə görə, Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Şimali Qafqazda – Stavropol vilayətinin Pyatiqorsk şəhərində evsiz-eşiksiz sərgərdan həyatı sürür.

Cəmalə Mirzəyevanın hazırda 48 yaşı olduğu ehtimal olunur. Onun Rusiyanın paytaxtında küçədə yaşamasına dair faktlar yayımlanıb. Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Rasim Balayev Baş nazirə müraciət etdi

Rasim Balayev 

Xalq artisti Rasim Balayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Mən Ceyhun Mirzəyevlə bir neçə filmdə iştirak etmişəm, üstəlik, yaxın olmuşuq. Onun həyat yoldaşı Lidiya xanım Bakı şəhərində prokuror idi. Ceyhun rəhmətə getdikdən sonra nəsə bir qərar verildi ki, qızını da götürüb Rusiyada qohumlarının yanına köçsün. Evləri də çox gözəl idi, yaxşı qiymətə satıldı. Sonra eşitdim ki, Lidiya xanım təxminən 2016-2017-ci illərdə rəhmətə gedib. Qızı isə bildiyim qədərilə şair idi, şeirlər yazırdı. İndi anasının vəfatından sonra orada nə baş verib, nə olub, mülkü və var-dövləti niyə əlindən alınıb, bu barədə məlumatım yoxdur. Rusiyada o qədər imkanlı adamlarımız var, onlara desələr ki, bu qıza ev alınsın, kömək edilsin, məncə, yardım göstərilər. Bizim Rusiyada nə qədər iş adamlarımız var. Amma çox müəmmalıdır ki, o qız çox istedadlı idi, yadımdadır. Bəs indi niyə bu vəziyyətə düşüb, onu bilmirəm. Hesab edirəm ki, yəqin ki, Mədəniyyət Nazirliyi istəsə, nəsə kömək etmək olar. Məsələn, o qızı Bakıya dəvət edib, ona ev, iş verilə bilər. Amma bir daha deyirəm ki, o qızın bu vəziyyətə düşməsi mənim üçün müəmmalıdır”.

Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a bildirib ki, hələ ki müraciətinə heç bir reaksiya yoxdur: “Etdiyim müraciətlərə heç bir geri dönüş olmayıb, heç bir xəbər yoxdur. Mənə deyilən bir məlumata görə, Bakıdan bir nəfər gedib qızı tapıb, ona köməklik etmək istədiyini deyib, amma qız cavabında “mən heç kəslə danışmaq istəmirəm, heç kəsin də köməyi mənə lazım deyil” deyib. Bu məlumatın nə qədər doğru və ya yalan olduğunu bilmirəm. Heç inanmağım gəlmir. Birdən-birə nə oldu, bu qız havalandı, ya pis adamlara rast gəldimi, ya uğursuz məhəbbətimi oldu, bu vəziyyətə necə düşdü, məlumatım yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Zakir Həsənov İrana başsağlığı verdi

Zakir Həsənov İrana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı…
SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

İranın şimal-qərbində yerləşən Təbriz 24 saat ərzində üçüncü dəfə İsrail tərəfindən hücuma məruz qalıb. Musavat.com xəbər verir ki, bu barədə “NourNews”…
İsrail Təbriz aeroportunu VURDU

İsrail Təbriz aeroportunu VURDU

Təbriz şəhəri ətrafında partlayış səsləri eşidilib. Proses.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İsrail…
SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

Ermənistanın sabiq baş naziri Ovik Abramyan saxlanılıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Daxil olan məlumatlara görə,…
“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç instaqram hesabında paylaşım edib. O, hamilə olan xanımı Cennifer Buntiçlə fotolarını paylaşıb. Buntiç paylaşıma “The…
Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb. Proses.az Trend-ə…
Yasda ehsan verənlər cərimələnə bilər?

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar…
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının…
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona…

Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.…
Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma”…
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının…
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb…
Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüyə son qoyublar. Efirlərin birində qonaq qolan xanəndələr canlı yayımda barışdıqlarını nümayiş etdiriblər.…
“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.…
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki,…