• 16.05.2025 15:15

“Qopmuş qulaq tikmişəm, indi isə… ” – Rəşad Babayevdən səs-küylü açıqlama

“Qopmuş qulaq tikmişəm, indi isə… ” – Rəşad Babayevdən səs-küylü açıqlama

“Beş il tədris etdiyim rezidentlər bu gün o siyahıda yer alır, amma onların müəllimi olaraq mən siyahıda yoxam”

Plastik cərrahiyyə sahəsində uzun illər fəaliyyət göstərən, Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Rəşad Babayev Musavat.com-a müsahibə verib və sertifikasiyasının ləğv olunması ilə bağlı narazılığını bildirib.

– Sertifikasiyası ləğv olunmuş həkimlərə plastik cərrahiyyə üzrə rezidentura keçmək tələb olunur. 2011-ci ildən öncə rezidentura olmadığı üçün belə bir tələbin qoyulması doğru deyil. Mənim uzmanlıq sənədim yoxdur, dediyim kimi, bizim dövrümüzdə plastik cərrahiyyə ümumi cərrahiyyənin tərkibində idi. Hər dəfə sənədlərlə bağlı məsələ gündəmə gələndə qeyd olunur ki, plastik cərrahiyə ümumi cərrahiyyənin içindədir. Sadəcə sənədləşdirmə işini vaxtında edə bilməmişik. Çünki institutda olduğumuz dövrdə onlayn sistemlər mövcud deyildi. İnstitutlara bu imkan yaradılan kimi, plastik cərrahiyyə üzrə sənədimi əldə etmişəm. Bu da sadəcə bir məktub və imtahanla mümkün olub.

Hazırda Təftiş Komissiyasının siyahısında tibb sahəsindən anlayışı olmayan şəxslər üstünlük təşkil edir. Halbuki mən Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən təyin olunmuş müəllim kimi illərlə bu sahədə dərs demişəm, imtahan götürmüşəm, sertifikat vermişəm. Beş il tədris etdiyim rezidentlər bu gün 42 nəfərlik siyahıda yer alır, amma onların müəllimi olaraq mən həmin siyahıda yoxam.

Mən heç bir qanunu pozmadan, bütün fəaliyyəti qanun çərçivəsində həyata keçirmişəm. Sənədlərimin hamısını təqdim etdikdən sonra qərarla məni siyahıdan çıxarıblar. Halbuki mənim rektorum həmin iclasda iştirak edib, mənə səs verib, bildirib ki, kafedranın dosentidir və hər gün plastik cərrahiyyə üzrə dərs deyir. Amma bu amillər nəzərə alınmayıb.

– Sizin sertifikatınızın ləğv olunmasının səbəbi necə əsaslandırılıb?

– Onlara rəsmi məktub göndərmişəm və soruşmuşam ki, mən hansı əsasla siyahıdan çıxarılmışam? Axı imtahan vermişəm, bu gün də sertifikatım sistemdə görünür. Cavab məktubunda isə bildirilir ki, sənədlərimdə uyğunsuzluq var və bu səbəbdən sertifikasiyam ləğv olunur. Amma konkret nə uyğunsuzluq olduğu göstərilmir. Mən sənədlərimi mütəxəssislərə də təqdim etmişəm, heç bir qüsur aşkarlanmayıb. Səhiyyə Nazirliyi və Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən tələb olunan bütün sənədləri təqdim etmişəm və sertifikasiya imtahanını da uğurla keçmişəm. Üç il əvvəl də plastik cərrahiyyə ilə məşğul olmaq üçün müvafiq sertifikat almışam. Mən bu işi evdə, fotoskopla etməmişəm ki… Dövlət reyestrindən kod almışıq və reyestr kodumuz plastik cərrahiyyə üzrə qeydiyyatdadır. Biz – mən, Dilqəm, Ayaz –dərs deyən həkimlərik. Universitetlərdə ilk rekonstruktiv əməliyyatlara imza atmışıq. Ölü vəziyyətinə düşmüş orqanları xilas etmişik. Qopmuş qulağı belə rekonstruksiya etmişəm.

– Bundan sonra yalnız ixtisasınız üzrə işləyə bilərsiniz…

– Deyirlər, get ümumi cərrahiyə ilə məşğul ol. Halbuki mən uzun illərdir bağırsaq, mədəaltı vəzi, qaraciyər transplantasiyası əməliyyatları etmirəm. Bu əməliyyatlarla məşğul olsam, səhvlər buraxa bilərəm, bu isə xəstələrin sağlamlığına ciddi təsir edər. Mən bu gün plastik cərrahiyyə üzrə dərs deyirəm. Siyahıdakı 42 həkim var, onların əksəriyyəti Həkimləri Təkmilləşdirmə İnstitutunda mənim tələbələrim olub. Onlara dərs demişəm, lakin özüm bu siyahıda yoxam. Beş il mənim təlimimdən keçmiş şəxslər oradadır, amma mən yox. Bu, necə ola bilər? Halal xoşları olsun, amma bu, haqsızlıqdır.

– Məhkəməyə müraciət etməyi düşünürsünüzmü?

– Hüquqşünaslarla danışmışam, inanın ki, gülürlər. Mən elmlər namizədi, dosentəm. Konstitusiyaya əsasən, keçmişdə mövcud olan bir qayda sonradan dəyişirsə, mənə yenə də əvvəlki qaydaya əsasən yanaşılmalıdır. Misal üçün, bir insana 15 il həbs cəzası verilibsə, sonradan qanun dəyişdiyinə görə həmin adama ölüm cəzası tətbiq edilə bilməz. Belə geriyə dönüş Konstitusiyada yoxdur, dünyanın heç bir ölkəsində də bu cür tətbiq yoxdur. Yeni qaydalar yalnız gələcək üçün keçərli olmalıdır.

Mən sizi əmin edirəm ki, müraciət edənlər arasında ən böyük haqsızlıq məhz mənə qarşı edilib. Çünki mən həkim ekspertizasını aparıram, yəni həkimlərin səhvlərini araşdırıb rəy verirəm. Əgər mənim öz sənədim bu gün ləğv olunursa, demək, mənim verdiyim bütün rəylər də etibarsız sayılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadə kanalda batıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisindən…
Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA

Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən…

“Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki…
Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə…
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib. Proses.az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir…
Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim imiş – VİDEO

Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim…

Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A.…
Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu…
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb. Görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb. Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında…
OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.…
Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov…
Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətiriləcəyi tarix hələ məlum deyil.…
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Proses.az-a AZAL-dan…
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən Proses.az-a daxil olan sənəddə iyunun 27-də…
Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü – FOTO

Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü…

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə…
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə…
Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törədib. Milli.Az xəbər verir ki, dönmə hərəkətini uğursuz icra edən sürücü parklanmış maşınla çırpılıb. Parklanma…