• 20.05.2025 19:36

Düşmənin üstünə getdiyi tankın nömrəsi var idi, sürdüyü maşının yox…

Düşmənin üstünə getdiyi tankın nömrəsi var idi, sürdüyü maşının yox…

Məsələyə ondan başlayaq ki, Vətən müharibəsində qazanılan qələbənin misli-bərabəri yoxdur. Bu böyük zəfər uğrunda minlərlə şəhid verdik, qazi olduq, yarımcan qaldıq. Himnimizdə də deyildiyi kimi, hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu…

Və belə bir şanlı qələbəni hər zaman uca tutmaq, uca yaşatmaq və yaşamaq lazımdır. Ancaq təəssüf ki, bəzən xoşagəlməz hadisələrə, sui-istifadə hallarına rast gəlirik.

Bunlardan biri də, respublika və paytaxt yollarında dövlət qeydiyyat nişanı olmadan idarə edilən avtomobillərdir.

Qısa arayış olaraq bildirək ki, dövlət tərəfindən ötən dövr ərzində indiyədək 8000-dək imtiyazlı kateqoriyadan olan şəxslərə avtomobil, 15000-dək isə mənzil verilib. Bu evlərin hər biri çıxarışla (kupça) olduğu kimi, avtomobillər də dövlət qeydiyyat nişanı ilə təqdim olunub.

Bəs, niyə biz əksər hallarda bu avtomobilləri yollarda nömrəsiz görürük? Qazi olmaq, qayda, hüquq, qanun pozmaq anlamına gəlməməlidir axı. Mənəvi olaraq təbii ki, biz onlara borclu, sonsuz minnətdarıq. Bir çox hallarda bu kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər də edilir. Bəlkə də heç qanunda nəzərdə tutulmayan…

Amma avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etmək heç kimə bəraət qazandıra bilməz. Nəzərə almaq lazımdır ki, müharibədə düşmənin üstünə belində getdiyin tankın da, əlində tutduğun avtomatın da seriyası nömrəsi olur.

Bu kimi hallar yol-nəqliyyat hadisələri zamanı da problem yaradır. Məsələn, Allah uzaq eləsin, tutaq ki, belə nömrəsiz avtomobillərdən biri yolu keçən piyadanı vurur, indi o nəqliyyat vasitəsi necə müəyyənləşdirilsin, günahkar necə cəzalandırılsın? Axı zərərçəkən təsadüfən nömrəsiz maşın sürənin yaxını, doğması, əzizi də ola bilər…

Hər halda qanunvericiliyin tələbi var ki, nəqliyyat vasitələri dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadan, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə edilə bilməz. Bu, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinin tələblərinin pozulması deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi də bunu təsdiqləyir. Qurum sorğumuza cavabında digər problemləri də qabartmağı labüd gördü:

“Cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, hələ də avtomobillərinin şüşələrinə, yaxud banına lüzumsuz ibarələr yazan, fotolar yapışdıran sürücülərə rast gəlinir.

Bəzən də, sürücülər aldığı mükafatları, fotoşəkilləri və ya özlərinə aid digər məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər. Belə hallar əhali tərəfindən də ciddi narazılıqla qarşılanır və haqlı şikayətlərə zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin üzərində yazılan və ya yapışdırılan müxtəlif məzmunlu ibarələrin, şəkillərin, stikerlərin digər hərəkət iştirakçılarına emosional təsirinin yol hərəkəti təhlükəsizliyi baxımından yolverilməz olduğunu, sürücü intizamına mənfi təsir göstərdiyini bir daha avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır və belə hallara qarşı adekvat tədbirlərin görüləcəyini bildirir”.

Sonda bir cümlə də qeyd edək ki, Vətən bu torpaq uğrunda canından keçən isimsiz qəhrəmanlara da, nömrəsiz maşın sürənlərə də minnətdardır. Amma bu nömrəsiz maşın sürənlər isimsiz qəhrəmanlardan utanmalıdır…

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…