• 24.05.2025 11:31

Xəstə həkim ondan imtina etdiyi üçün ölüb? – Açıqlama

Xəstə həkim ondan imtina etdiyi üçün ölüb? – Açıqlama

Siyəzən rayon sakini atası Qabil Zeynalovun vəfatında Mərkəzi Klinikanın Kardiologiya Şöbəsinin müdiri, həkim‐kardioloqu Firdovsi İbrahimovu ittiham edir. 

“Qafqazinfo”ya müraciət edən Mabəddin Zeynalov bildirib ki, 2‐ci qrup əlil olan atası aprelin 18-də vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına üz tutub.

Şikayətçinin sözlərinə görə, mərhum yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib: “Həkimlərin baxışından sonra atama infarkt diaqnozu qoyulub, təcili yardımın köməyi ilə o, Mərkəzi Klinikaya təxliyə edilib. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək damarına angioplastika yolu ilə stent qoyulduqdan sonra, təkrarən aprelin 26-da növbəti müayinədən keçməsini bildirib. Biz də həmin gün atamı yenidən gətirdik, lakin Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman oradakı əməkdaşlar qanunsuz olaraq pul köçürmələrini tələb etdilər, əks halda xəstəyə baxmayacaqlarını bildirdilər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək bizdən pul köçürməyimizi tələb etdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər”.

M.Zeynalov deyir ki, daha sonra şöbə müdirinin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, həkim və köməkçiləri onu tanımadıqlarını bildiriblər: “Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik. Ödənişləri etdikdən sonra xəstəni Firdovsi İbrahimovun qəbuluna keçirən zaman xəstəxananın mühafizə xidməti yaxınlaşaraq həkimin xəstəni qəbul etmək istəmədiyini bildirdi. Səbəb də o olub ki, guya biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbuki belə şey baş verməyib. Amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək müxtəlif əsassız bəhanələr gətirməklə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina edib”.

Vətəndaş bundan sonra aidiyyəti üzrə müraciətlər edib: “Məsələ ilə bağlı aprelin 26-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi və TƏBİB‐in qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq müraciət etmişik. Lakin onunla bağlı heç bir tədbir görülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni aprelin 27-də vəfat etdi”.

İddialarla bağlı həkim Firdovsi İbrahimovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, pasiyent Qabil Zeynalov aprelin 18-də Siyəzən Rayon Mərkəzi xəstəxanasından bu klinikaya miokard infarktı diaqnozu ilə KAG müayinəsi üçün təxliyə edilib: “Xəstə daxil olan kimi ona hər bir tibbi xidmət göstərilərək təcili olaraq KAG laboratoriyasına qaldırılaraq infarkt keçirdiyi RCA damarına 2 ədəd dərmanlı stent implantasiya edilib. Bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayıb. Xəstə stasionara daxil olan kimi intravenoz inyeksiya üçün səthi venalara düşmək qeyri-mümkün oldu (arterial təzyiq yüksək olduğu halda). Bu şübhə yaradaraq xəstədən anamnez toplanarkən narkotik vasitə istifadəçisi olduğu soruşulub, xəstə inkar edib. Sonradan xəstəyə KAG masasında femoral venadan damar yolu qoyulub, daha sonra KAG üçün arteriyadan girişim edilib. Xəstə sidikdə narkotik maddə təyini analizi olunmasına da imkan verməyib”.

F.İbrahimovun sözlərinə əsasən, xəstə və yanında gələn iki nəfər əvvəl xəstənin şəhid ailəsi olduğunu qeyd edərək onlara aid imtiyazlardan yararlanmaq istəyiblər: “Daha sonra şəhid ailəsi olmasını sübut edən sənəd olmadığından Qarabağ müharibəsi əlili, daha sonra isə sadəcə 2-ci qrup əlil olduğunu qeyd edərək bütün personalda şübhə doğurublar. Araşdırdığımız zaman bu xəstənin nə şəhid ailəsi, nə də Qarabağ müharibəsi iştirakçısı olduğu üzə çıxdı. Xəstə və yaxınları getdikləri tibbi və qeyri-tibbi mərkəzlərdə bu şəkildə hər kəsi şantaj etməklə məşğul olduqları ortaya çıxdı.

Aprelin 19-da xəstə müalicəsini qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməli olduğu üçün evə yazılıb. Lakin xəstə aprelin 26-da Mərkəzi klinik Xəstəxananın özəl poliklinikasına müraciət edib. Halbuki poliklinik bütün xidmətlər İcbari tibbi sığorta nəznində olan bütün yerli poliklinikalarda mövcuddur. Həmin gün xəstə və yaxınlarından məcburi heç bir ödəniş tələb olunmayıb. Xəstəyə resept verilərək növbəti müayinələrini yerli xəstəxanada davam etdirməli olduğu izah olunub. Lakin yaxınlarının analiz vermək istəyi ilə özləri kassaya ödəniş ediblər. 4 dəqiqə sonra ödənişi geri götürüblər. Xəstəyə müalicəsini davam etdirməsi üçün dərman resepti də verilib”.

Şöbə müdiri əlavə olaraq bildirib ki, xəstə və yaxınları ilə heç bir kobud davranış olmayıb: “Əksinə ölkənin professor həkimi, həkimlər və digər personal təhdid edilib. Xəstənin yanında olan 2 nəfər hədə-qorxu gələrək “biz hər kəsi dizi üstə gətirmişik” deyərək müharibə iştirakçısı mühafizəçini itələyərək divara vurub.

Həkimlərə məlumdur ki, çoxlu narkotik maddə istifadə edən şəxslərdə şəkərli qidalara güclü istək və tələbat yaranır. Bu xəstənin əvvəllər də dəfələrlə yüksək şəkər (600mg/dl və ölçülə bilinməyən Hİ səviyyədə) göstəricisi ilə Siyəzən Rayon Xəstəxanasına müraciət etməsi yuxarıdakı şübhələri doğruldur. Xəstənin aprelin 26-dan sonra rayon xəstəxanasına təkrar müraciət etməsinə səbəb şəkərin yenidən kəskin yüksəlməsi olub”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…