• 30.05.2025 08:33

“Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb…”

“Etibar Pirverdiyevin qaynı saxta sənədlə torpağımızı satıb…”

“Torpağa mülkiyyət hüququna dair dövlət aktımız olsa da, ad-soyaddakı hərf səhvinə görə illərdir çıxarış ala bilməmişik. Bir də onda ayıldıq ki, 1,77 hektar sahəmizi saxta sənəd düzəldərək başqa bir şəxsə satıblar”.

Bu iddia ilə “Qafqazinfo”ya Qusarın Yuxarı Ləgər kənd sakini Turan Quliyev müraciət edib.

Vətən müharibəsi qazisi olan Turanın sözlərinə görə, ailə üzvlərinə verilən pay torpağını rayonun Xuray kəndi üzrə keçmiş icra nümayəndəsi Kazım Xammədova icarəyə veriblər: “O vaxtlar əkib-becərməyə imkanımız yox idi. 2016-cı ildən 2019-cu ilədək torpaq Kazım Xammədovda icarədə olub. Sonra torpağımıza çıxarış almağa getdik. Torpağın dövlət aktında anamın əvvəlki soyadı – Şahnəzərova, mənim adım isə Tural kimi göstərildiyindən həmin səhvləri düzəltmədən çıxarış ala bilmirdik. Elə sənədləşmə prosesində öyrəndik ki, bizim torpağın çıxarışı başqa şəxsə verilib. Keçmiş icra nümayəndəsi əmisi oğlu Hikmət Xammədovla əlbir olaraq 1,77 ha torpaq sahəmizi saxta yolla sənəd çıxararaq Quba sakini Bahadır Mehdiyevə satıb.

Bizim əlimizdə dövlət aktı ola-ola çıxarış ala bilməmişik, amma onlar saxta sənəd düzəldərək ala biliblər. Sənədlərin arasına saxtasını qoyublar ki, guya atamla anam boşanıb, mən və qardaşıma atılmış uşaqlar kimi sənəd alınıb. Guya kimsə bizə qəyyum olub və o vasitə ilə torpağımızı satıblar. Halbuki arxivdə belə bir sənəd yoxdur, onu saxta yollarla düzəldiblər. Ata-anamın imzası da saxtadır. Əgər bunları araşdırmaq üçün nümayəndə ayrılsa, bütün saxtakarlıqlar ortaya çıxar”.

Şikayətçi iddia edir ki, dəfələrlə dövlət qurumlarına müraciət etsə də, məsələnin həllinə köməklik olunmayıb: “Problemlə bağlı 2020-ci ildən bəri 7 dəfə məhkəmə olub. Sonuncusunda Qusar Rayon Məhkəməsi 7-ci dəfə qarşı tərəfin xeyrinə qərar çıxarıb.

Biz 2020-ci ilə kimi torpağın vergilərini ödəmişik, bütün sənədlərimiz də var. Yalnız həmin ildən sonra məsələ məhkəmədə olduğuna görə vergi ödənilməyib.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Nazirlikdən yerli icra nümayəndəliyinə məktub göndərilsə də, araşdırılmayıb. 7 ildir getmədiyimiz dövlət qurumu qalmayıb, müraciətimizə baxmırlar. Hikmət Xammədov deyir ki, “sən kasıb kəndçisən, mənim pulum da var, arxamda adamım da…” Adamı isə “AzərEnerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevdir. Hikmət Xammədov Pirverdiyevin qaynıdır”.

Qeyd edək ki, E. Pirverdiyev 2001-2018-ci illərdə “AzərEnerji” ASC-nin prezidenti olub.

Gülnar Əliyeva

Fotoda vətəndaşın iddia etdiyi saxta müqavilə:

 




DİGƏR XƏBƏRLƏR

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadə kanalda batıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisindən…
Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA

Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən…

“Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki…
Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə…
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib. Proses.az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir…
Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim imiş – VİDEO

Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim…

Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A.…
Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu…
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb. Görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb. Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında…
OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.…
Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov…
Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətiriləcəyi tarix hələ məlum deyil.…
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Proses.az-a AZAL-dan…
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən Proses.az-a daxil olan sənəddə iyunun 27-də…
Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü – FOTO

Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü…

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə…
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə…
Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törədib. Milli.Az xəbər verir ki, dönmə hərəkətini uğursuz icra edən sürücü parklanmış maşınla çırpılıb. Parklanma…