- 30.05.2025 09:36
700 abonent qazsız qalacaq

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən bu gün saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.