• 05.06.2025 11:56

Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar – FOTO

Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar – FOTO

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyiti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musa oğlu Şərifovun qətlə yetirilməsi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabala oğlu Ağayev əvvəllər Lerik Rayon Gənclər və İdman İdarəsində çalışıb.

O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib. Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib. Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib.

Digər məlumata görə, E. Ağayevlə Ş. Şərifov əvvəldən tanış olublar. Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harada açılması və digər detallar hələlik məlum deyil.

Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır.

Qeyd edək ki, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.

Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

Aslan Vəliyev

Fotoda Şahin Şərifov

 

DİGƏR XƏBƏRLƏR

”Qarabağ”la 3+1 illik müqavilə imzaladı, niyə gəldiyini AÇIQLADI

”Qarabağ”la 3+1 illik müqavilə imzaladı, niyə gəldiyini AÇIQLADI

“Qarabağ”ın yeni transferi Pedro Bikalyo klubun saytına açıqlama verib. Sportinfo.az xəbər verir ki, 3+1 illik müqavilə imzala yan braziliyalı yarımmüdafiəçi…
Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO

Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO

“N1” çörək şirkətinə məxsus kəpəkli baton çörəyindən bolt çıxması müştərinin narazılığına səbəb olub. Bu barədə Tribunainfo.az-a şikayət edən vətəndaş Xəyalə Quliyeva…
Hamını qovdular, dörd nəfər saxladılar, millimizin eks forvardına dəymədilər

Hamını qovdular, dörd nəfər saxladılar, millimizin eks forvardına dəymədilər

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Berlin “Dinamo” sunda qalıb. Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Regional Liqa təmsilçisi…
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. “Report”un məlumatına görə, bunu İranın BMT-dəki daimi…
İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

İran öz milli maraqlarını qorumaq üçün ABŞ-nin hərbi təcavüzünə bütün vasitələrlə müqavimət göstərmək hüququnu özündə saxlayır. “Ölkə.az” xəbər verir ki,…
ABŞ İranın nüvə obyektlərini belə vurub – Video

ABŞ İranın nüvə obyektlərini belə vurub – Video

Xəbər verdiyimiz kimi, ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. Oxu24.com-un  məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə…
İyulda bu bürclər gözlənilmədən varlanacaq

İyulda bu bürclər gözlənilmədən varlanacaq

İyul ayında bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr gözlənilir. Astroloji proqnozlara əsasən, aşağıdakı bürclərin varlanmaq və gəlir əldə etmək…
“Əlində balta girir içəri” – Oğlu Dilqəm Əsgərovdan imtina edib

“Əlində balta girir içəri” – Oğlu Dilqəm Əsgərovdan imtina…

Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib. Proses.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib:…
Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım – VİDEO

Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım –…

Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyev ötən gün xəstəxanaya yerləşdirilib. Aktyora beyindaxili qansızma diaqnozu…
Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi

Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviri təyin edilib. Bu barədə Assosiasiya məlumat paylaşıb.…
İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
Bakıda taksi sürücülərindən iyrənc hərəkət – Biri çay, biri ev təklif etdi – VİDEO

Bakıda taksi sürücülərindən iyrənc hərəkət – Biri çay, biri…

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz…
Axundun qaçırdığı qız DANIŞDI: “Çox xoşbəxtəm” – VİDEO

Axundun qaçırdığı qız DANIŞDI: “Çox xoşbəxtəm” – VİDEO

Abşeron rayonunda qaçırıldığı iddia olunan 17 yaşlı Nəzrin Babayeva videomüraciət yayıb. Proses.az Day.Az-a istinadən xəbər verir ki, o, müraciətində öz…
Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısı ilə bağlı qərar verdi

Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısı ilə bağlı…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Qax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri…
Azərbaycan dilini bilirmiş… – Fidan Həsənovaya rəsmi cavab

Azərbaycan dilini bilirmiş… – Fidan Həsənovaya rəsmi cavab

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Badirov rəssam…