• 11.06.2025 17:57

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma” kimi çağırışlarla təqdim olunan avtomobillər alıcılara cazibədar görünür. Lakin bu cür maşınların arxasında gizlənən risklər çox vaxt alıcıların gözündən qaçır.

Əsasən bazar dəyərindən xeyli ucuz qiymətə satılan bu avtomobillər əksər hallarda texniki cəhətdən nasaz, sənədlərində problem olan, ya da hansısa səbəbdən əldən çıxarılmağa çalışılan nəqliyyat vasitələridir. Bəzi hallarda isə avtomobilin mühərrik nömrəsi silinmiş, şassi kodu dəyişdirilmiş vəziyyətdə olur. Bu cür nasazlıqlar ilk baxışda görünməsə də, bir neçə gün və ya hətta saat sonra ciddi problemlərə səbəb olur.

Avtomobil almaq səbr və diqqət tələb edən prosesdir. Tələskənliklə, gecə saatlarında, telefon işığında baxılıb alınan avtomobillər çox zaman sabahı gün alıcıya başağrısı olur. Ekspertlər bildirir ki, “tez al, uduzma” prinsipi ilə hərəkət edən alıcılar əslində çox şey itirə bilər. Çünki avtomobil alışı ancaq qiymətə görə deyil, texniki vəziyyətə əsaslanmalıdır.

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə şübhə doğurmalıdır. Ucuz qiymət alıcıya sevinc yox, problemlər, təmir xərcləri və hüquqi məsuliyyət gətirə bilər. Odur ki, avtomobil alarkən təkcə qiymətə deyil, arxa planda gizlənən risklərə də diqqət yetirmək vacibdir. Gecə alınan “cekpot” sabah həyatınızı alt-üst edə bilər.

Bəzi satıcılar avtomobili satmazdan əvvəl onu kosmetik olaraq cilalayır, yağını dəyişir, kiçik texniki nasazlıqları gizlədir və avtomobili bir neçə günlük “sağlam” kimi təqdim edirlər. Alıcı isə avtomobili bir neçə metr sürdükdən sonra hər şeyin qaydasında olduğunu zənn edir. Ancaq bir neçə gündən sonra mühərrikdə, sürətlər qutusunda və ya elektron sistemlərdə yaranan nasazlıqlar artıq alıcının boynuna düşür. Üstəlik, satıcı ilə əlaqə saxlamaq da çətinləşir, çünki bu cür satışların əksəriyyəti qeyri-rəsmi olur.

Unutmaq olmaz ki, ucuz avtomobil satmaq istəyən şəxs, adətən, ondan tez qurtulmağa çalışır. Əgər bir maşın real dəyərindən aşağı qiymətə təqdim olunursa, bunun ya texniki, ya da hüquqi problemi var. Tələskənliklə verilən qərarlar sonradan həm maliyyə, həm də hüquqi baxımdan böyük itkilərlə nəticələnə bilər. Avtomobil almaq bir gündə verilən qərar deyil – yoxlamaq, müqayisə etmək və düşünmək şərtdir. Çünki avtomobil almaq yox, problem almaq istəmirsinizsə, diqqətli olmaqdan başqa yolunuz yoxdur.

Milli.az

DİGƏR XƏBƏRLƏR

”Qarabağ”la 3+1 illik müqavilə imzaladı, niyə gəldiyini AÇIQLADI

”Qarabağ”la 3+1 illik müqavilə imzaladı, niyə gəldiyini AÇIQLADI

“Qarabağ”ın yeni transferi Pedro Bikalyo klubun saytına açıqlama verib. Sportinfo.az xəbər verir ki, 3+1 illik müqavilə imzala yan braziliyalı yarımmüdafiəçi…
Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO

Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır – FOTO

“N1” çörək şirkətinə məxsus kəpəkli baton çörəyindən bolt çıxması müştərinin narazılığına səbəb olub. Bu barədə Tribunainfo.az-a şikayət edən vətəndaş Xəyalə Quliyeva…
Hamını qovdular, dörd nəfər saxladılar, millimizin eks forvardına dəymədilər

Hamını qovdular, dörd nəfər saxladılar, millimizin eks forvardına dəymədilər

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Berlin “Dinamo” sunda qalıb. Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Regional Liqa təmsilçisi…
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. “Report”un məlumatına görə, bunu İranın BMT-dəki daimi…
İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

İran öz milli maraqlarını qorumaq üçün ABŞ-nin hərbi təcavüzünə bütün vasitələrlə müqavimət göstərmək hüququnu özündə saxlayır. “Ölkə.az” xəbər verir ki,…
ABŞ İranın nüvə obyektlərini belə vurub – Video

ABŞ İranın nüvə obyektlərini belə vurub – Video

Xəbər verdiyimiz kimi, ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. Oxu24.com-un  məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə…
İyulda bu bürclər gözlənilmədən varlanacaq

İyulda bu bürclər gözlənilmədən varlanacaq

İyul ayında bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr gözlənilir. Astroloji proqnozlara əsasən, aşağıdakı bürclərin varlanmaq və gəlir əldə etmək…
“Əlində balta girir içəri” – Oğlu Dilqəm Əsgərovdan imtina edib

“Əlində balta girir içəri” – Oğlu Dilqəm Əsgərovdan imtina…

Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib. Proses.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib:…
Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım – VİDEO

Dilarə Əliyevadan xəstəxanada olan qardaşı ilə bağlı paylaşım –…

Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanınmış aktyor Vüsal Murtuzəliyev ötən gün xəstəxanaya yerləşdirilib. Aktyora beyindaxili qansızma diaqnozu…
Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə təyin edildi

Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviri təyin edilib. Bu barədə Assosiasiya məlumat paylaşıb.…
İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
Bakıda taksi sürücülərindən iyrənc hərəkət – Biri çay, biri ev təklif etdi – VİDEO

Bakıda taksi sürücülərindən iyrənc hərəkət – Biri çay, biri…

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz…
Axundun qaçırdığı qız DANIŞDI: “Çox xoşbəxtəm” – VİDEO

Axundun qaçırdığı qız DANIŞDI: “Çox xoşbəxtəm” – VİDEO

Abşeron rayonunda qaçırıldığı iddia olunan 17 yaşlı Nəzrin Babayeva videomüraciət yayıb. Proses.az Day.Az-a istinadən xəbər verir ki, o, müraciətində öz…
Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısı ilə bağlı qərar verdi

Məhkəmə DTX-nin həbs etdiyi sabiq icra başçısı ilə bağlı…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan Qax Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri…
Azərbaycan dilini bilirmiş… – Fidan Həsənovaya rəsmi cavab

Azərbaycan dilini bilirmiş… – Fidan Həsənovaya rəsmi cavab

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Badirov rəssam…