- 16.06.2025 17:08
Bakıdan Tehran və Təl-Əvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəziyyətin inkişafını yaxından izləyir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı