• 20.06.2025 13:43

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Dünya ölkələri təşvişdə -ABŞ İrana hücuma başlayır?

Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr ABŞ Prezidenti Donald Trampı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salmağa çalışırlar.

ABŞ-nin İrana hücumu nə dərəcə gözləniləndir? Belə vəziyyətin yarandığını ehtimal etsək, bu proses daha böyük müharibələrə səbəb ola bilərmi?

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Natiq Miri ABŞ-nin İrana hücumunun artıq qaçınılmaz bir məsələ halına gəldiyini bildirib.

O qeyd edib ki, İsrailin başladığı hərbi əməliyyatların əsas məqsədi İranın nüvə obyektlərini sıradan çıxarmaqdır: 

“Lakin bu problem hələ də tam həll olunmayıb. Nüvə mərkəzlərinin əksəriyyəti yerin dərinliklərində yerləşir və qalın beton təbəqə ilə qorunur. Bu səbəbdən, İsrailin raket hücumları həmin obyektlərə ciddi zərər yetirmək gücündə deyil. Belə olan halda, milyardlarla vəsaitin xərclənməsi, insanların həyatını itirməsi və infrastrukturun dağıdılması nəticə vermirsə, o zaman bu əməliyyatların məqsədəuyğunluğu şübhə altına düşür.

Bu kontekstdə ABŞ-nin iştirakı zəruri görünür. Çünki Fordo nüvə mərkəzinin dağın altına, təxminən 80 metr dərinlikdə yerləşdiyi bildirilir. Bu cür obyektlərin məhv edilməsi yalnız ABŞ-nin sahib olduğu 13 tonluq GBU-57 adlı bunker-buster bombaları ilə mümkündür. Bu bombaları da daşıya biləcək yeganə platforma B-2 tipli strateji bombardmançı təyyarələrdir və onlar yalnız ABŞ-nin istifadəsindədir. Beləliklə, bu bombalardan istifadə olunmadıqca, İsrailin başladığı və Vaşinqtonun razılığı ilə həyata keçirilən hərbi əməliyyat hədəfinə çata bilməyəcək. Bu isə o deməkdir ki, indiyədək həm İranda, həm də İsraildə baş vermiş dağıntı və itkilər əbəs yerə olmuş olacaq”.

Siyasi şərhçi məsələnin digər tərəfində isə ABŞ rəhbərliyində yaranan narahatlığın olduğunu deyib.

N.Miri bildirib ki, onlar ehtiyat edirlər ki, belə bir bombardmandan sonra İranda xaotik vəziyyət yarana bilər:

“Tehranın Liviya ssenarisini təkrarlaması, yəni ölkənin parçalanması, vətəndaş müharibəsi və daxili qarşıdurmalar ehtimalı ciddi narahatlıq doğurur. ABŞ kəşfiyyatının bu barədə rəhbərliyə konkret hesabat təqdim etdiyi də bildirilir ki, bu da Vaşinqtonun ehtiyatlı davranmasına səbəb olur. Lakin burada da məlumatın doğruluğu şübhə altındadır. Çünki bu cür xəbər və hesabatlar bəzən dezinformasiya məqsədilə yayıla bilər. Məqsəd isə İran rəhbərliyini çaşdırmaq və hücumlara hazırlıqsız yaxalamaq ola bilər. İsrailin son hücumlarından öncə ABŞ və İran arasında növbəti – altıncı raund üzrə danışıqların keçirilməsi planlaşdırılırdı və verilən açıqlamalara əsasən, nüvə sazişinin imzalanması yaxın idi. Lakin bu arada yayılan müxtəlif məlumatlar, yanlış yönləndirmələr və qəfil İsrail hücumları vəziyyəti dəyişdi. Hazırkı qeyri-müəyyənlik də növbəti dəfə İranı aldatmaq məqsədi daşıya bilər”.

Müsahibimiz Avropa İttifaqının məsələyə yanaşmasına dair fikirlərində vurğulayıb ki, onların narahatlığı müəyyən mənada real təhdidlərə əsaslansa da, əslində Aİ ciddi bir mövqe ortaya qoya bilmədi:

“İsrailin özünümüdafiə hüququnu dəstəkləməklə kifayətləndilər. Bu isə bitərəfli cəzasızlıq mühitinin formalaşmasına səbəb oldu ki, nəticədə bugünkü təhlükəli qarşıdurmaların zəminini yaratdı. Hazırda isə Aİ bu prosesə qarşı çıxmağa çalışsa da, hər zaman olduğu kimi, daxili fikir ayrılıqları və strateji məqsədlərin qeyri-müəyyənliyi təşkilatın nüfuzuna mənfi təsir edir. Bu səbəbdən, Aİ dünya miqyasında ciddi və etibarlı aktor kimi qəbul olunmur”.

Analitik dünya üzrə genişmiqyaslı qarşıdurmaların başvermə ehtimalının mövcud olduğunu, lakin bunun müəyyən qədər şişirdilmiş təhlükə və əsasən ABŞ-ni geri çəkilməyə məcbur etmək məqsədi daşıdığını diqtə edib: 

“Bu günə qədər İranın “strateji müttəfiqi” hesab olunan Çin və Rusiya onun hərbi dəstək çağırışlarına cavab verməyiblər. Ona görə də bu ölkələrin İranın tərəfində birbaşa müharibəyə girəcəyi və ABŞ-ni, bütövlükdə Qərb dünyasını qarşılarına alacaqları inandırıcı görünmür”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…