- 29.07.2025 13:17
Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI
Abşeron rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Proses.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 27-si gecə saat 2 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində baş verib. Qəsəbə ərazisində kirayədə yaşayan Zaqatala rayon sakini, 1993-cü il təvəllüdlü Məhəmməd Ramazan oğlu Daşdəmirov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 2002-ci il təvəllüdlü Günay Rövşən qızı Daşdəmirovu boğub öldürüb.
M.Daşdəmirov hadisəni törədəndən sonra Zaqatala rayonuna gedərək orada könüllü olaraq polisə təslim olub və hadisəni törətdiyini etiraf edib.