• 14.08.2025 12:25

Şair Kəramət küçədə niyə vəfat edib? – Qəşəm Nəcəfzadədən AÇIQLAMA

Şair Kəramət küçədə niyə vəfat edib? – Qəşəm Nəcəfzadədən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.

Onun vəfat səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Proses.az xəbər verir ki, modern.az mərhum şairin dostu şair Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb.

Qəşəm Nəcəfzadə Kəramət Şükürovun vəfat səbəbini hələlik bilmədiyini qeyd edib:

“Kəramət Şükürov mənim ən yaxın dostum olub. O, məndən iki kurs yuxarı oxuyurdu. Biz tələbə olduğumuz müddətdə eyni otaqda yaşamışıq – Əjdər Cəbiyev, Elman Ələsgərov, Kəramət və mən.

Kəramət çox sağlam, qüssəli, eyni zamanda güclü və xeyirxah bir insan idi. O, həm də çox istedadlı bir şair idi. Mən deyərdim ki, Azərbaycanda onun ədəbi zövqünə yaxınlaşan şair çox az idi. Hətta şairlərin bir çoxu onun zövqündən ehtiyat edirdi.

Oğlum Kəramət Böyükçölə onun adını vermişəm. Tələbə vaxtı anam dedi ki, oğluna Kəramətin adını ver. Anam Kəramət adını çox sevirdi. Mən də onun arzusunu yerinə yetirdim. Sonra anam mənə dedi: “Amma bunu Kəramətə demə, çünki kiminsə adını kiməsə qoymaq el arasında bəzən söz-söhbətə, incikliklərə səbəb ola bilər”. Uzun müddət mən bunu Kəramətdən gizlətdim.

Bir müddət sonra o özü mənə dedi: “Kəramət necədir? Mən çox sevindim ki, sən öz oğluna mənim adımı vermisən.” Bu onun üçün xoş bir hiss olmuşdu.

Kəramət yüksək istedada malik idi. Onun yanında insan özünü çox rahat hiss edirdi. Mən deyərdim ki, onda Əli Kərim xisləti, Əli Kərim təbəssümü və istedadı vardı. Əli Kərimi çox sevirdi”.

Q.Nəcəfzadə əlavə edib ki, Kəramətin həyat yoldaşı Könül xanım da yazıçıdır.

“Kəramətlə görüşməkdə çətinliklərimiz olurdu. Bununla bağlı onun bir şeiri də vardı: “Sənə zəng edərdim, telefonum yox, danışaq…” Məndə onun 5-6 müxtəlif nömrəsi vardı. Ondan soruşanda “Sənin nömrən hansıdır?” – o, həmişə yanındakından soruşardı: “Mənim nömrəm neçədir?” – Bu da əslində adamın ovqatına xoş bir təbəssüm qatırdı.

Q.Nəcəfzadənin sözlərinə görə, Kəramət Şükürovun ailəsi Türkiyədə yaşayırdı, özü isə Bakıda qalırdı.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…