- 20.08.2025 12:35
Bu ərazilərdə qaz olmayacaq
Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.