- 27.08.2025 10:41
Rüstəm Qaraxanlı vəfat etdi
Tanınmış jurnalist Rüstəm Qaraxanlı vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
1978-ci təvəllüdlü R.Qaraxanlının ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Rüstəm Qaraxanlı eyni zamanda köşə yazarı və siyasi şərhçi kimi də fəaliyyət göstərirdi.
Allah rəhmət eləsin!