- 29.08.2025 08:01
Bu da “Qalatasaray”ın ÇL-dəki rəqibləri
Türkiyənin “Qalatasaray” klubunun da Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
İstanbul təmsilçisi ÇL-də “Liverpul”, “Mançester Siti”, “Atletiko” (Madrid) kimi güclü klublarla qarşılaşacaq.
Bundan başqa, “Ayntraxt”, “Bodo Qlimt”, “Ayaks”, “Yunion” və “Monako” da “Qalatasaray”ın rəqibləri sırasındadır.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.