• 29.08.2025 09:40

Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır – SİYAHI

Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır – SİYAHI

Açıqlanan sonuncu məlumata görə, bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 500 min nəfərə sosial müavinət, 405 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 655 milyon manat, Prezident təqaüdləri üzrə 415 milyon manat ödənilib. Bu ilin 7 ayında 94 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 816 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 1024 manat 69 qəpik, sosial müavinətlər üzrə bir nəfərə düşən orta məbləği 1310 manat olub.

Ən yüksək təqaüd məbləğini isə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər alır. Onlara 2200 manat təyin olunub. Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2000 manat olmaqla yüksək məbləğ hesab olunur. Ən yüksək təqaüdlər arasında üçüncü yerdə 1700 manatla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü gəlir.

Digər təqaüd növləri və məbləğləri aşağıdakı kimidir:

20 Yanvar şəhidi ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 700 manat

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 700 manat

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 700 manat

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə – 600 manat
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə – 500 manat
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə – 400 manat

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 250 manat

Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 120 manat

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 330 manatƏsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

Elmlər doktoru elmi dərəcəsinə görə – 500 manat
Fəlsəfə doktoru elmi dərəcəsinə görə – 300 manat

“Xalq” fəxri adına görə aylıq təqaüd – 300 manat

“Əməkdar” fəxri adına görə aylıq təqaüd – 200 manat

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 350 manat

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 120 manat

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü – 80 manat

Qeyd edək ki, Prezident təqaüdü şəxsin müraciət etmə müddətindən asılı olmayaraq, bu hüququn yarandığı gündən təyin edilir və ödənilir.

Xatırladaq ki, ötən ay doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

Doktorantura səviyyəsi üzrə:

– elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
– fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;

Ali təhsil müəssisələrində:

Magistratura səviyyəsi üzrə:

– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

Orta ixtisas təhsili müəssisələrində:

– akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
– akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
– akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

Peşə təhsili müəssisələrində:

– akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;
– akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;
– akademik göstəriciləri “3”–”5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

Həmçinin, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub.

Bundan başqa, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev adına təqaüd” təsis edilib. Sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə “Heydər Əliyev adına təqaüd” veriləcək. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir. //Sfera.az

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…