- 29.08.2025 09:52
Əkin sahəsini yandırdı, 400 manat cərimələndi – Foto
Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub.
Proses.az xəbər verir ki, avqustun 28-i saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.
