• 31.08.2025 19:10

Deputatlar tətildən təkliflərlə qayıdırlar: Müəllimlər, Böyük Qayıdış, nəqliyyat…

Deputatlar tətildən təkliflərlə qayıdırlar: Müəllimlər, Böyük Qayıdış, nəqliyyat…

Bu gündən Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır.

Modern.az saytı deputatlarla əlaqə saxlayaraq, onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri barədə fikirlərini soruşub.

Pərvanə Vəliyeva:
“Payız sessiyası zamanı təmsil etdiyim Səhiyyə komitəsində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsini irəli sürəcəyəm. Çünki cəmiyyətin reallığı, günün tələbi olan süni mayalanma və sonsuzluq üzrə bir çox müalicə metodları hazırda yalnız özəl sektorda təmin edilir. Qanunla tənzimləmə mövcud olmadığı üçün dövlət tibb müəssisələri bu kimi xidmətləri icbari tibbi sığorta çərçivəsində, ödənişsiz və ya müştərək maliyyələşmə üsulu ilə təklif edə bilmir. Sonsuzluğun müalicəsi prosedurları pasiyentləri maliyyə yükü ilə qarşı-qarşıya qoymaqla yanaşı, bu prosedurların mənfi fəsadları araşdırılmır, post-müalicə dövrü və reabilitasiyası da aparılmır. Nəticədə uğursuz prosedurlardan sonra ana olmağa hazırlaşan şəxslər ciddi psixoloji (mental) sağlamlıq problemləri ilə üz-üzə qalırlar. Ona görə də bu xidmətlərin hüquqi bazasının olması olduqca vacibdir.

Ölkəmizdə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi, pasiyentlərin cərrahiyyə əməliyyatlarından sonra ailə həkimi tərəfindən təqib olunmasının təmin edilməsi barədə təkliflə də çıxış etmək istərdim. Bir çox hallarda, ağırlaşma halları və həyatını itirmə məhz cərrahiyyə əməliyyatlarından sonra pasiyentlərin evdə tibbi xidmətlərə əlçatanlığının olmaması, onlara gündəlik nəzarətin aparılmaması səbəbiylə baş verir. Adətən əməliyyatlardan sonra 1 və ya 2 gün pasiyent stasionarda saxlanılır və evə buraxılır. Bu, səhiyyə xərclərini azaltsa da, sağalmanı görmək üçün yetərli zaman deyil. Beynəlxalq təcrübə deyir ki, xəstə sağalanadək ailə həkiminin yaxın nəzarətinə verilməli və xəstə izlənilməlidir.

Bundan başqa, təmsil olunduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də qanun layihələrinin müzakirəsində yeni təşəbbüslər irəli sürməyi planlaşdırıram”.

Zahid Oruc:
“Parlamentdə təmsil olunan biri kimi mən həmişə bir sıra yeni layihələrin təşəbbüsü ilə çıxış etməyə çalışıram. Qanunvericilik sahəsində mühüm məsələlərdən biri ötən dövrlərdə işğal reallığının gətirdiyi beynəlxalq konvensiyalara və qanuni aktlara, protokollara qoşularkən qeyd-şərtlərlə bağlı məsələlərdir. Biz hüquqi aktlarımızı da işğalın rellığından təmizləməliyik, bu yöndə aspektli məsələlər irəli sürəcəyik. Sözsüz ki, sessiyalararası dövrdə, Prezident İlham Əliyevin məlum üçtərəfli görüşü, sülh sənədinin paraflanması, Amerika ilə münasibətlər, 907-ci düzəlişin dayandırılması ilə bağlı addımlar istiqamətində yeni təşəbüslərimiz, layihələrin irəli sürülməsi ilə bağlı addımlarımız olacaq. Lakin ictimai həyatın və bütün dövlət idarəetmə sisteminin hüquqi prinsip və normaları yenilənməyə ehtiyac duyur. Bu yöndə, xüsusilə beyin mərkəzlərinin, siyasi institutların fəaliyyəti ilə bağlı məsələlərə diqqət göstərilməsi, onunla bağlı qanunvericiliyin hazırlanması zəruridir. Digər tərəfdən, Böyük Qayıdışla bağlı qanun layihələrinin silsilə toplusunun hazırlanmasını önə sürmüşdük. Oraya qayıdan insanlarımızın fəaliyyətinin hüquqi qüvvəyə minməsi çox vacibdir. Təmsil etdiyim komitədən qaynaqlanaraq bizim qarşıdakı dövrdə, xüsusi ilə insan hüquqları və azadlıqlarının təminatı yönündə təkilflərimiz olacaqdır”.

Hikmət Babaoğlu:
“Azərbaycan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. İqtisadiyyatın böyüməsi, həm də coğrafi baxımdan əhatəsinin genişlənməsi üçün yeni imkanlar açılıb. Ona görə də, iqtisadi fəaliyyətin stimullaşdırılması üçün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadi münasibətləri təşviq edən qanun layihəsinə ehtiyac var ki, yerli investorlar o torpaqlara yatırım qoymaqla bütövlükdə sənayeləşmə baxımından Azərbaycan iqtisadiyyatını dirçəltsin. İkinci tərəfdən, vergi diferensiallaşması ilə bağlı qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Paytaxata uzaqlığına görə ayrı-ayrı regionlarda vergilərin azaldılması, iqtisadi fəaliyyəti stimullaşdıra bilər. Digər tərəfdən, təhsil sistemində müəyyən məsələlərə aydınlıq gətirəcək qanunların qəbul edilməsi və ya aidiyyəti qanunlara düzəliş edilməsinə ehtiyac var. Bura çoxpilləli təhsil sistemi, onun səmərəliliyi, eyni zamanda ixtisaslaşmalarda dövlət sifarişli yerlərin iş təminatının yaradılmasını nəzərdə tutan qanun layihəsinə ehtiyac ola bilər. Yol nəqliyyat sistemi ilə bağlı yeni qanunun yaradılmasına da zərurət var, yolların idarə olunması üzərində nəzarət mexanizmi həyata keçirən strukturların kordinasiya edilməyən fəaliyyətləri nəqliyyatın idarə olunmasında problemlər yaradır və tıxacların çoxu bununla bağlıdır. Bura yolların işarələnməsi, yol – nəqliyyatını tənzimləyən işarələrin yerli-yersiz qoyulması və yol istismarının təşkili kimi məsələlər daxildir. Nəticədə bəlli olur ki, hər qurum öz mövqeyindən çıxış edir və ictimai mövqe isə kənarda qaldığından nəqliyyat iflic vəziyyətinə düşür”.

Günay Ağamalı:
“Bizim ən mühüm vəzifələrimizdən biri dövlətimizin mənafeyini qorumaq, milli-mənəvi dəyərlərimizi möhkəmləndirməkdir. Dövlətin mənafeyi yalnız iqtisadi güclə deyil, həm də möhkəm ailə institutunun varlığı ilə qorunur.
Yeni sessiyada qanunvericilik təşəbbüslərimi məhz bu prinsip üzərində qurmağı planlaşdırıram. Ailə institutunun möhkəmləndirilməsi, gənc nəslin milli kimliyə sadiq şəkildə böyüməsi, ailədaxili münasibətlərin sağlam mühitdə formalaşması dövlətin strateji maraqlarına xidmət edən ən mühüm amillərdən biridir. Ailə sağlam olduqda, dövlət də möhkəmlənir, cəmiyyət də sabit və güclü olur”.

Arzuxan Əlizadə:
“Parlamentin payız sessiyası sentyabrın 30-u başlayır, təbii ki, təkliflərimiz olacaq. Bununla bağlı fikirlərimizi yekunlaşıdırırıq. Bizə gələn təkliflər əsasında prioritet olaraq təkliflər paketi formalaşdırırıq. Partiya üzvlərimizin də məsələ ilə bağlı fikirlərini diqqətə alırıq. Bu yaxınlarda Milli İstiqlal Partiyasının qurultayı da keçiriləcək, bununla bağlı hazırda rayonlardayıq və keçirdiyimiz görüşlərdə bizə bildirilən məsələlər əsasında da təkliflərimizi hazırlayırıq. Tam formalaşdıqdan sonra həmin təkliflər əsasında qanunvericilik müstəvisində müəyyən dəyişikliklərin edilməsi yönündə fəaliyyətimiz olacaq. Təkliflər tam müəyyənləşməyib deyə, konkret nəsə demək hazırda çətindir”.

Tənzilə Rüstəmxanlı:
“Azərbaycanda deputatın qanunvericilik təşəbbüsü hüququ konstitusion hüquq kimi təsbit olunub. Bir illik parlament fəaliyyətimdə həm büdcə layihəsinin müzakirəsində, həm qanunların komitələrdə müzakirəsində, həm də Milli Məclis iclaslarında bir çox təkliflərlə çıxış etmişəm və bunların da bir hissəsi nəzərə alınıb. Mənim fikrimcə, deputat hazırladığı layihəni qurumlarla razılaşdırmamalıdır. Layihəyə rəyi ən azından Milli Məclisin komitələri və ya şöbələri almalıdır. Təhsil sahəsi, xüsusilə kənd məktəblərində dərs deyən müəllimlərlə bağlı, gənc ailələrə sosial dəstəklə əlaqədar müəyyən təkliflərim var və bunu parlamentin yeni sessiyasında səsləndirəcəm. Deputat seçildiyim Neftçala rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar təkliflərim də müvafiq qurumlara göndərilir”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…