- 11.09.2025 14:51
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.