• 13.09.2025 14:54

“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq – Bu çıxışa görə

“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq – Bu çıxışa görə

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda “Space TV” kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

Medianews.az xəbər verir ki, 11 sentyabrda kanalın efirində 08.00-09.30 arası yayımlanan “Xəbərin izində” proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrı-seçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.

“Space TV” redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları biruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) “Space TV” kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləyib, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq bir hərəkət kimi qiymətləndiriblər.

Audiovizual Şura bir daha, bütün yayımçılardan yayımı zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasını tələb edir və bu istiqamətdə redaksiya heyəti ilə, xusüsən də aparıcılar ilə izahedici işin aparılmasını ciddi tövsiyə edir.

Kanalın yayımına məhdudiyyətə səbəb olan həmin çıxışı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…