- 16.09.2025 13:33
Əlisəmid Kür reanimasiyaya yerləşdirildi – Vəziyyəti ağırdır – FOTO
Şair Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Proses.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu aktyor Qorqud Cəfər məlumat verib.
“Hazırda atamın vəziyyəti ağırdır”, – deyib.
