• 20.09.2025 18:05

“Adnan Əhmədzadəni ömürlük həbs gözləyir” – məşhur vəkil açıqladı

“Adnan Əhmədzadəni ömürlük həbs gözləyir” – məşhur vəkil açıqladı

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Bakı şəhəri, Səbail Rayon Məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində o, iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Məhkəmədə elan edilən ittihamda bildirilib ki, Adnan Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir. Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib.

Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, ittihamlar təsdiqlənərsə, Adnan Əhmədzadəni ağır cəza gözləyir:

“Xaricə kəmərlər vasitəsi ilə ötürülən Azərbaycan neftinə xlorid maddəsinin qarışdırılması çox ciddi bir cinayətdir. Bu cinayətin Rusiyanın törətdiyi barədə də məlumatlar dolaşırdı. İndi isə bu cinayətin SOCAR-da yüksək vəzifə tutmuş, Azərbaycan neftinin xaricdə satışını təşkil edən şəxs tərəfindən törədilməsi haqda çox gözlənilməz bir detal üzə çıxıb. Azərbaycanda dövlət məmuruları, onların ətrafı tərəfindən oğurluq və sui-istifadə halları tez-tez baş verir. Bilirik ki, korrupsiya adiləşməsə də, yanaşma belə olur ki, əksəriyyət belədir və bu adamları yola verirlər. İndi isə Azərbaycan dövləti üçün ən strateji bir məhsula – neftə xlorid qatılması kimi bir cinayət ortalıqdadır. Bu, ölkənin strateji əhəmiyyətli bir məhsulunun sıradan çıxarılmasına, etibarlı tərəfdaş kimi imicinin zədələnməsinə və nəticə etibarı ilə Azərbaycanın əsas gəlirlərini hədəf alan bir addımdır.

Bu əməli törətmiş şəxs kimliyindən asılı olmayaraq çox ağır ittihamlarla üz-üzə qalacaq. Bu, sıradan bir cinayət deyil ki, ona bağışlasınlar. Belə bir əməli törətmiş şəxsi ömürlük cəza gözləyir”.

Ə.Həsənov Adnan Əhmədzadənin Rusiyanın maraqları çərçivəsində belə bir addımı təkbaşına atmasının inandırıcı görünmədiyini bildirib:

“Yəqin ki, neftin ötürüldüyü ölkələrdə də onunla əlbir olan şəxslər var. Yoxsa o, təkbaşına bu cinayəti törədə bilməz. Ehtimal edirəm ki, bu cinayətin arxasında daha böyük qüvvələr də var.

Aydındır ki, Adnan Əhmədzadə nefti xaricə satsa da, neftin birbaşa kəmərlərə vurulması ilə məşğul olmur. Nəticə etibarı ilə onun neftə xlorid qatması da mümkün deyil”.

“Mümkündürmü ki, Adnan Əhmədzadənin özü də bir qurbandır. Məsələn, indiki halda Rusiya xüsusi xidmət orqanları elə bir əməliyyat qura bilərlər ki, Əhmədzadə cinayətin təşkilatçısı kimi görünsün” – sualına Əkrəm Həsənov belə cavab verib:

“Bəli, əlbəttə ki, baş vermis cinayət 1 nəfərin əməli deyil, böyük bir cinayətkar dəstənin əməlidir. Doğrudur ki, Adnan Əhmədzadə nefti satsa da, birbaşa kəmərlərə vuran şəxs deyil. Ona görə də Adnan Əhmədzadə ilə yanaşı, digər şəxslərin də məsuliyyət məsələsi həll edilməlidir. Başqa cür mümkün də deyil ki, Azərbaycan neftinə xlorid və ya digər maddə qatılsın və bunu aşağılarda kimsə özbaşına etsin. Burada mütəşəkkil qaydada törədilən cinayətin əlamətləri var. İstintaq yəqin ki, mütəşəkkil dəstənin bütün üzvlərini müəyyən edəcək”.

“Adnan Əhmədzadənin həbsi xəbərinə qədər həyat tərzi haqda mətbuatda yazılanları nəzərə alsaq, onun milyonlar xərcləyib dünya şöhrətli futbolçuları ölkəyə gətirməsindən tutmuş özünün son dərəcə dəbdəbəli həyatını ortaya qoyan məlumatlar var. Aydındır ki, Adnan Əhmədzadə dəbdəbəli həyatını Azərbaycan neftinin satışından əldə etdiyi milyonlar hesabına təmin edir. Belə bir halda onun Azərbaycan neftinə haram qatmasının məntiqi nədir? Niyə belə bir şəxs gedib Rusiya xüsusi xidmət orqanlarının buyruqçusuna çevrilir” – sualına isə vəkil belə cavab verib:

“Ötən il Adnan Əhmədzadə dünya şöhrətli futbolçuları Azərbaycana gətirəndə əksəriyyət onun kimliyi haqda məlumatlı oldu. Hamı da başa düşür ki, Adnan Əhmədzadənin saga-sola xərclədiyi pulların mənbəyi haradır. Aydındır ki, Messi və digərilərinin Azərbaycana gətirilməsi 100-200 minə başa gəlmir. Amma bu işə pul xərcləmək də pulları küçəyə atmaq kimi bir şeydir. Azərbaycanda bu tip xeyli dələduz adam var. Amma insanlar onları xeyriyyəçi kimi tanıyır. Bilmir ki, xərclənən pullar şəxsin halal pulu deyil, kimlərinsə mənimsənilmiş haqqıdır. Ölkədə 1 milyon oğurlayıb 10 min xərcləməklə xeyriyyəçi, yaxşı oğlan, çörəkverən kişi statusu qazanan xeyli dələduz var. Bu addımlar böyük oğurluqları pərdələmək üçündür. Oğurladıqca da, iştah artır. Pul azaldıqca da, hər bir cinayətə qol qoymaqdan da çəkinmirlər. Belə adamların Rusiya ilə yanaşı Ermənistana da işləməsinə təəccüb etmərəm”.

Əkrəm Həsənov deyib ki, Adnan Əhmədzadənin törətdiyi iddia olunan cinayəti 10 il öncə Azərbaycan Beynəlxalq Bankında törədilən cinayətlə müqayisə etmək olar:

“Azərbaycan Beynəlxalq Bankı sistem xarakterli bir bank idi və günlərin birində məlum olmuşdu ku, bankdakı pulları bank rəhbərliyi yoxa çıxarıb. Devalivasiya zamanı üzə çıxan bu oğurluq dövlətin iqtisadi durumunu son dərəcədə ağırlaşdıran bir əməl idi. Ona görə də həbsə alınmış digər korrupsioner dövlət məmurlarını bir müddət sonra həbsdən azad etsələr də, Azərbaycan Beynəlxalq Bankının sabiq prezidentini azad etmirlər. Çünki Cahangir Hacıyev həddini aşmışdı, ölkə miqyaslı, ölkənin iqtisadi durumunun birdən-birə pisləşməsinə gətirib çıxaran əmələ yol vermis, ölkəyə ziyan vurmuşdu. Bu adamların törətdikləri cinayətlər ölkə miqyaslı bir cinayətdir. Bu adamlar hansısa rayonun korrupsioner başçısı deyil ki, 3-5 milyon oğurlasınlar və tutulandan az sonra onları bağışlasınlar. Belə əməllərə görə Azərbaycan neftnin alıcıları sıradan çıxa bilər və bu, ölkəmiz üçün çox fəlakətli iqtisadi durumun yaranmasına gətirib çıxara bilər”.

“Ortada olan iddialardan belə nəticə çıxır ki, Adnan Əhmədzadə Azərbaycan neftinə xlorid qatıb və satıb. Bu adama bir nəzarət olmayıb ki, belə bir əməli törədə bilib” -sualına Əkrəm Həsənovun cavabı belə olub:

“Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın 1 nömrəli bankı idi və bu gündə belədir. O zaman Samir Şərifov bankda Müşahidə Şurasının sədri idi. Birbaşa Azərbaycan Beynəlxalq Bankına nəzarət etməli vəzifəli şəxs idi. Amma real nəzarət etmirdi. Çünki oğru oğruya nəzarət etmir, düşünür ki, gedib desə ki, oğurluq edib, özünün oğurluqları da ortaya çıxacaq. Bu, adi korrupsiya münasibətləridir və Adnan Əhmədzadənin törətdiy əməllər də davamlı korrupsiya münasibətlərinin nəticəsi olaraq törədilib. Yəqin ki, bütün suallara istintaqın sonunda aydınlıq gətiriləcək. İnanıram ki, ittihamlar təsdiqlənsə, Adnan Əhmədzadə müttəhimlər kürsüsündə tək olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…