• 21.09.2025 18:21

Yaponların ömrünü UZADAN SİRR! Onlar nəyi yemir? VİDEO

Yaponların ömrünü UZADAN SİRR! Onlar nəyi yemir? VİDEO

“Ən uzunömürlü insanlar”ın yaşadığı ölkələr siyahısına, uzun illərdir ki, Yaponiya liderlik edir. “Günəş ölkəsi”nin hər 4 sakinindən birinin yaşı 65-dən yuxarıdır və onların 60 mini yüzü adlayıb. Gerontoloqlar və qocalma prosesinin tədqiqi ilə məşğul olan alimlər bunun səbəbləri ilə maraqlandılar.

Məlum oldu ki, daha az xəstələnmək və daha uzun yaşamaq üçün bəzi qaydalara riayət etmək lazımdır. Yeri gəlmişkən, Yaponiyada bu qaydalar qeyri-adi bir şey deyil- hər kəsin normal yaşamının bir hissəsidir.

Dünyanın hər yerindən, o cümlədən, Yaponiyadan olan alimlər insan ömrünü uzatmağa imkan verən düsturu dəqiq müəyyən etməyə çalışırlar. Prosesdə genetika xüsusi yer tutur və bununla bağlı heç nə etmək olmaz. Ancaq əksər hallarda ömür uzunluğu həyat tərzi və qidalanma ilə müəyyən edilir. Yaponiyada orta ömür müddəti 84 ildir.

1. Az duz qəbulu. Hazırda Yaponiya dünyanın inkişaf etmiş ölkələri arasında liderlərdən biridir. Ancaq “Günəş ölkəsi” həmişə belə olmayıb. Keçən əsrin 50-ci illərində Yaponiya ölümcül xəstəliyə – vərəmə qarşı fəal mübarizə aparırdı. 70-ci illərin əvvəllərində yapon xalqı ürək-damar xəstəliklərinə səbəb olan problemlərin tapılması və onların aradan qaldırılması ilə fəal məşğul olmağa başladı. Yaponlar az yağlı, sağlam pəhrizə sahibdirlər və porsiyaların sayı bizim  qida vərdişimizə nəzərən  xeyli azdır. Əvvəllər yaponların yeməkləri kifayət qədər duzlu idi. 1 insan gün ərzində orta hesabla 30-40 qram duz istehlak edirdi. Yaş artdıqca bu, yüksək qan təzyiqinə, ürək və qan damarları ilə bağlı problemlərə, infarkt və insult riskinə səbəb olurdu. Zamanla həkimlər duz qəbulu ilə ürək-damar sisteminin xroniki xəstəlikləri arasında birbaşa əlaqəni tapdılar. Məsələnin öyrənilməsinə həssas yanaşdılar. İndi yaponların rasionunda  duzun gündəlik miqdarı 10 qramdan çox deyil.  Buna görə də, bişmiş yeməklərə əlavə olaraq duz səpmək ənənəmiz yaponlara qəribə gəlir.

2. Acarkən yemək.  Yaponlar, xüsusən də, yapon qızları belə fikirdədirlər ki, yeməyin yalnız 80%-ni yemək lazımdır. Yaponlara qulaq asmaq fikrindəsinizsə, heç vaxt həddindən artıq yeməyin. Masadan azacıq aclıq hissi ilə qalxmaq lazımdır. Bu, sağlam həyat tərzi sürməyə çalışanlara çoxdan məlumdur. Dietoloqlar deyirlər ki, daim doya-doya  yemək bədənimizin sürətlə aşınmasına səbəb olur. Yaponiyada yeməklər həmişə kiçik boşqablarda verilir, porsiyalar da azdır. Üstəlik, bütün yaponlar gündə, ən azı, 7 növ meyvə-tərəvəz yemək qaydasına riayət etməyə çalışırlar. Rasionda üstünlük dənli bitkilərindir.  Qızların ağ şəkərdən imtinasının kökündə sağlamlıqla həmahəng  arıq olmaq arzusu da  dayanır. Orta sinif yaponların rasionunda  ən çox ton balığı, yerkökü, kələm, bibər, lobya, tofu və soya cücərtiləri var. Qeyd edim ki, yaponlar içki rejiminə riayət etməyi də unutmurlar.

3. İsti yeməklərdən imtina. Əvvəllər Yaponiyada mədə xərçəngindən ölüm nisbəti yüksək idi. Xəstəliyin qarşısını almaq üçün bir çox amillər aradan qaldırılıb ki, onlardan biri də isti yeməkdir.  Mütəxəssislərin araşdırmaları nəticəsində aşkar olundu ki, yaponların çoxu yeməyi nəinki isti, hətta qaynar-qaynar yeməyi sevirlər. Bu isə mədə-bağırsaq traktında patalogiyaların yaranmasına gətirib çıxarır. Buna  görə də, zamanla isti yeməklərdən, hətta isti içkilərdən də imtina etməyi tövsiyə etdilər.

4.Aralıq dənizi pəhrizinə riayət etmək. Bir şərtlə ki,  süd olmasın. Yaponların menyusu Aralıq dənizi mətbəxini xatırladır, çünki tərkibində çoxlu sayda müxtəlif tərəvəzlər, meyvələr var. Bundan əlavə, pəhriz balıq, toyuq, bitki yağı və dəniz məhsullarına əsaslanır. Yaponlar nadir hallarda toyuq yumurtası yeyirlər; uzağı, həftədə bir neçə ədəd. Yaponiyada çox məşhur olan “mərmər mal əti” kifayət qədər bahalı məhsuldur. İnsanların çoxu bu ləzzəti yalnız böyük bayramlarda dada bilir.  Yaponiyada alkoqol var, amma sakinlər ondan çox istifadə etmirlər. Yapon mətbəxində şəkər, süd, qatıq və süddən hazırlanan pendirlər, praktiki olaraq, yoxdur. “Günəş ölkəsi”nin sakinləri adi pendir əvəzinə soya pendirindən – tofudan istifadə edirlər. Bitki mənşəli zülal orqanizm tərəfindən zəif mənimsənildiyi üçün çox faydalı olmasına baxmayaraq, Yaponiyada xüsusi üsulla fermentasiya edilir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…