• 23.09.2025 13:47

Prezidentlə səmimi söhbət edən Aysel: Qarabağda təhsil almaq paytaxtdan daha yaxşıdır – MÜSAHİBƏ

Prezidentlə səmimi söhbət edən Aysel: Qarabağda təhsil almaq paytaxtdan daha yaxşıdır – MÜSAHİBƏ

Qarabağ illərlə həsrətində olduğumuz, hər daşı ilə tarix danışan, hər qarışında iz qoyulmuş müqəddəs torpaq. Bu gün həmin torpaqlarda həyat yenidən cücərir. Səngərlərin yerini sinif otaqları, səssiz dağların yerini tələbə səsi tutur.

Prezident İlham Əliyevin keçən günlərdə Xocalıya baş tutan səfəri zaman Qarabağ Universitetinin tələbəsi Aysel arasında baş verən səmimi dialoq sosial şəbəkələrdə böyük maraqla qarşılandı.

Bu münasibətlə AzEdu.az Təhsil Portalı həmin tələbə ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Salam, Aysel. İstərdik ki, səni daha yaxından tanıyaq…

– Mən, Mehralıyeva Aysel, Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbəsiyəm. Xocalı rayonunun Meşəli kənd tam orta məktəbinin məzunuyam. Qəbul olduğum il Xocalı rayonu üzrə ən yüksək nəticə göstərərək 656 bal toplamışdım.

– Neçə bacı-qardaşın var?

– Ailədə üç övladıq. Məndən böyük olan bacım müəllimlik ixtisasını bitirib və bu ildən müəllim kimi fəaliyyətə başlayacaq. Qardaşım isə hələ məktəblidir, 10-cu sinifdə təhsil alır.

– Aysel, sən İlham Əliyev ilə söhbətin zamanı qeyd etdin ki, şəhid bacısısan…

– Bəli…(səssizlik)

Atamın əvvəlki evliliyindən iki övladı var. Onlardan biri, Mehralıyev Namiq, Aprel döyüşlərinin qazisidir, digəri isə Mehralıyev Sarvan Aprel döyüşlərində şəhid oldu.

168405

– Qardaşınız haqqında bir az araşdırdıq və məlum oldu ki, o, 19 yaşında şəhid olub. Bizə maraqlıdır, onun həyatda hansı peşəyə və ya fəaliyyət sahəsinə marağı var idi?

– Qardaşım şəhid olanda mənim 9 yaşım var idi. Mən onunla heç vaxt görüşmək şansını əldə edə bilməmişəm. Böyük bacım isə qardaşım şəhid olmadan bir-iki ay əvvəl onunla görüşmüşdü. Mənim belə bir şansım olmadığından, bu mövzu ilə bağlı məlumatlı deyiləm.

Amma onun idman sahəsində bir sıra uğurları var idi.

– Prezident İlham Əliyevlə səmimi söhbət etdiyin anı sosial şəbəkələrdə qısa müddətdə çox sayda insan izləyib. O an sənin üçün necə bir təəssürat yaratdı və hisslərini necə təsvir edərdin?

– Həmin an çox həyacanlandım (gülür). Prezidentimizin qarşısında danışmaq mənim üçün həm təsirli, həm də qürurverici idi. Mən bu söhbət üçün əvvəlcədən heç bir hazırlıq etməmişdim və danışığımız təbii axar üzrə davam etdi.

– Sənin videonun altına gələn şərhləri yəqin ki, oxuyursan. Bir çoxları yazır ki, Prezidentlə qarşılaşmaq onlar üçün dəhşətli olardı, həyəcandan sözləri qarışardı… Bu şərhlərə cavab olaraq nə deyə bilərsən? 

– Əslində, mən həmin videonun bu qədər yayılacağını düşünməmişdim (həyəcanlanır). Xocalıya köçəndə setlə bağlı müəyyən problemlər yaşadıq. Bir neçə gün sonra tanışlar həmin videonu mənə göndərməyə başladılar və açığı, qəribə hiss etdim. Videonun bu qədər paylaşılması mənə də təəccüblü oldu.

Səlis və inandırıcı danışa bilməyimin əsas səbəbi Prezident İlham Əliyevin səmimiyyəti oldu. O, orada toplaşanlarla söhbət etdi, onlarla yaxın və səmimi münasibət qurdu. Mən də həmin an bu səmimiyyəti hiss etdim və düşünürəm ki, bu, nitqimə müsbət təsir göstərdi.

Mənim içimdə Prezidentə qarşı bir minnətdarlıq və təşəkkür hissi vardı. Əslində, keçən il Qarabağ Universitetinin açılışı zamanı da İlham Əliyev gəlmişdi. Həmin vaxt onu görmüşdüm, amma danışmaq fürsətim olmamışdı. Keçən dəfə Prezidentlə görüş zamanı isə düşündüm: insanın əlinə neçə dəfə belə bir fürsət düşür ki? Və elə söhbətə başladım (gülürük).

– Gələcəkdə Prezident Administrasiyasında çalışmaq istərdinmi?

– Əslində, iş baxımından hələ düşünməmişəm. Amma niyə də olmasın?

– Maraqlıdır, niyə Qarabağ Universitetini seçdin? Niyə hüquq?

– Hüquq mənim uşaqlıq arzum idi. Lap uşaq yaşlarımdan “hüquq” deyib durmuşam və başqa heç bir ixtisas düşünməmişəm.

168406Qarabağ Universitetini seçməyimin səbəbi isə odur ki, mən Xocalıdanam. Həmçinin əmim Xocalıda şəhid olub… (köks ötürür) Qarabağ Universitetinin açılacağını eşitdikdə çox sevinmişdim. Çünki həmin zamanlar Xankəndində anti-terror əməliyyatları yeni başa çatmış, Xankəndi isə yenicə azad edilmişdi. Orada belə bir universitetin bu qədər tez açılacağını heç gözləmirdim. Hələ hüquq fakültəsinin fəaliyyətə başlayacağını eşitdikdə sevincimin həddi-hüdudu yox idi. Seçim vaxtı düşündüm ki, bu addımı atsam, həm əmimin, həm qardaşımın, həm də bütün şəhidlərimizin ruhu şad olar.

– Qarabağ Universiteti fəaliyyətə başlamazdan əvvəl hansı ali təhsil müəssisəsində təhsil almağı düşünürdün?

– İlk növbədə ADA Universitetini, sonra isə BDU-nu düşünürdüm. Hətta abituriyent vaxtı telefonumun ekranına oxumaq istədiyim universitetin şəklini yerləşdirmişdim və ona baxıb motivasiya alırdım.

– Heç inanırdın ki, bir gün Xocalıya qayıdıb, Qarabağda təhsil alacaqsan?

– Mən 11-ci sinifdə oxuyanda artıq işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edilmişdi. Amma Xocalı və Xankəndi hələ də düşmən tapdağı altında idi.

Və nə vaxtsa Xocalıya qayıdacağımı, Xankəndində təhsil alacağımı heç düşünmürdüm. Qeyd etdiyim kimi, başqa universitetləri düşünərək hazırlaşırdım. Amma Qarabağ Universitetinin yarandığını eşidəndə hər şey dəyişdi.

– Qarabağla bağlı ilk xatirələrin nədir? Ailən bu torpaqlar haqqında sənə nə danışırdı?

– Tarix boyu Xankəndində Azərbaycanlılar və Ermənilər birgə yaşamışdır. Amma Xocalıda yalnız Azərbaycanlılar yaşamışdır. Biz isə Xocalının özündən yox, Meşəli kəndindənik. Soyqırımların ən dəhşətlisi məhz bu kənddə törədilib… (Nisgilli nəfəs aldı)

Atam və nənəm bizə orada yaşanan hadisələrdən, həmin yerdə 28 şəhidimizin olmasından danışırdılar. Həmçinin Xocalının füsunkar gözəlliyindən, meşələrindən, çaylarından bəhs edirdilər. Doğrudur, bunu göz önündə canlandırmaq bəzən çətindir.

Amma torpaqlar azad edildikdən sonra portal vasitəsilə oraya gedib gördüyüm zaman düşündüm ki, atamın dediyi qədər deyil, hətta öz təxəyyülümün də üstündə gözəl yerlərdir bura. Və bunu təkcə təbiəti üçün demirəm, Xocalının hər şeyi gözəldir: insanları, təbiəti, yeri… Bu gün də Xocalı inkişaf edir.

– Aysel, yenidən qayıdaq Prezident İlham Əliyev ilə söhbətinə. Qeyd etdin ki, atanın başqa evliliyindən olan  qardaşın Aprel döyüşlərində şəhid olub. Bu gün onun arzularından birini həyata keçirirsənmi?

–  Aprel döyüşləri digər müharibə və münaqişələrdən fərqli oldu… Düşünürəm ki, mən Qarabağ Universitetində oxumaqla, canından keçdiyi torpaqlarda yaşamaqla onun arzusunu gerçəkləşdirirəm. Bu torpaqlarda, öz vətəni uğrunda vuruşan biri üçün bundan gözəl nə ola bilər ki?

– Həm məcburi köçkün, həm şəhid bacısı, həm də Qarabağ Universitetinin tələbəsi olmaq sənə necə hiss etdirir?

– Burada təhsil almağım mənim üçün çox qürurvericidir. Ailəm torpaqlar azad edildikdən sonra ilk dəfə mənimlə birlikdə bura gəldi. Onlara həm yüksək bal əldə etməyimin sevincini, həm də sayəmdə doğma torpaqlarına ilk dəfə qayıtmağın sevincini yaşatdığım üçün çox şad idim.

Məcburi köçkünlərə dövlət tərəfindən göstərilən dəstək isə hamıya məlumdur. Təhsil müddətim boyu dövlətimizin dəstəyini hər zaman hiss etmişəm və bu, mənim üçün əlavə qürurverici bir hal oldu.

– Aysel, bir az da tələbəlik həyatından bəhs edək. Bildiyin kimi Qarabağ Universiteti dünəndən etibarən yeni tədris ilinə başlayıb. Universitetin açılması və tələbə həyatı necə gedir?

– Tədrisin yeni başlamasına baxmayaraq universitet həyatı çox dinamik və əyləncəlidir. Tələbə yoldaşlarım təkcə akademik sahədə deyil, sosial həyatda da çox fəaldırlar. Xankəndində keçirilən tədbirlərin bir çoxunda tələbələr aktiv iştirak edir. Düşünürəm ki, tələbə həyatı həm fəal, həm dinamik, həm də əyləncəlidir.

– Paytaxtda təhsil alan tələbələr düşünür ki, Qarabağda tələbəçilik illəri passiv keçir. Bununla bağlı nə deyə bilərsən?

– Mən əksini düşünürəm. Qarabağda tələbəçilik paytaxt universitetlərindən daha zəngindir. Biz tələbə yoldaşlarımızla yalnız universitet daxilində deyil, eyni yataqxanada və ərazidə yaşayırıq. Xankəndi gələcəkdə tam bir tələbə şəhəri olacaq, burada əhalinin böyük bir qismi tələbələrdən ibarət olacaq və onlar üçün bütün şərait yaradılır.

168407

Buna görə də paytaxtda təhsil alanların fikirləri ilə razı deyiləm. Eşidirik ki, bəzi universitetlərdə qruplar arasında dostluq və bağlılıq azdır. Biz isə demək olar ki, hər gün bir-birimizi görürük, bayramları birlikdə qeyd edirik. Qrup işi və tapşırıqlar zamanı da ortaq məkan kimi yeməkxanada görüşüb layihələrimizi icra edirik. Fikrimcə, paytaxt universitetlərində bu cür imkanlar yoxdur.

– Dərsdən sonra boş zamanında nə edirsən?

– Universitetdə müxtəlif əyləncəli klublar fəaliyyət göstərir: “masa üstü oyunlar”, “kitab”, “musiqi” və “ingilis dili” klubları kimi. Bu klublar sayəsində bacarıqlarımızı inkişaf etdirir, yeni dostlar qazanırıq.

Daha sonra şəhəri gəzirik, mağazalara, restoranlara və əyləncə məkanlarına baş çəkirik. Hələ də qruculuq işləri davam edir.

– Bəs gələcəkdə təhsilini hansı istiqamətdə davam etdirməyi düşünürsən?

– Gələcəkdə elə hüquq üzrə magistratura təhsili almağı düşünürəm.

– Seçimin hansı universitet olacaq qərar vermisən?

– Hələ Qarabağ Universitetində magistratura təhsil səviyyəsi yoxdur. Amma niyə də olmasın. Bəlkə iki il ərzində açıldı…(gülür) Əgər olmasa İngiltərədə magistratura təhsilimi davam etdirməyi düşünürəm. Bunun üçün həm ingilis dili biliklərimi inkişaf etdirir, həm də könüllü fəaliyyətlərdə iştirak edirəm.

– Bəzən gənclər deyir: “Bu ölkədə qalmaq çətindir”. Səncə, Azərbaycanda qalmaq üçün ən böyük səbəb nədir?

– Mən bu fikirlə razılaşa bilmirəm. Çünki mən ölkəmi, xalqımı çox sevirəm. Azərbaycanda yaşamaq mənə çətin gəlmir. Hər ölkənin özünəməxsus yaxşı və pis tərəfləri var. Əgər soruşsaz, Azərbaycan xalqının ən yaxşı xasiyyəti nədir, mən ilk növbədə qonaqpərvərliyini deyərdim və bunu bütün Avropa ölkələrindən üstün tuturam.

– Sonuncu sualımıza gəldik. Qardaşının uğrunda canından keçdiyi torpaqlarda təhsil alırsan. Az əvvəl dediyin kimi qardaşınla görüşmə fürsətin olmayıb. Əgər qardaşın qarşında olsaydı, ona nə demək istərdin?

– Çətin sualdır… (səssizlik)

Demək istərdim ki, əməklərin, canını fəda etməyin boşa getmədi. Bu gün burda tələbələr azad şəkildə gəzə bilirsə, bunda onun da payı böyükdür.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…