- 24.09.2025 12:41
Gənc qız faciəvi şəkildə öldü
Bakıda gənc qız dərmandan zəhərlənərək ölüb.
Hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsində baş verib.
2004-cü il təvəllüdlü Sevinc Abdullazadə müalicə məqsədilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək gecə saat 01 radələrində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. ( Qafqazinfo )