- 27.09.2025 09:10
SON DƏQİQƏ: Abşeronda anbar yanır – VİDEO
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.