- 29.09.2025 13:24
İlham Əliyev onu təltif etdi
Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Proses.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
R.Məmmədhəsənov Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, sentyabrın 26-da R.Məmmədhəsənov 80 yaşını qeyd edib. O, üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub.