- 29.09.2025 17:28
“Bütün ailəmiz kədərlənir…” – Mehriban Əliyeva Cabir İmanovdan yazdı
Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.
Proses.az xəbər verir ki, paylaşımda deyilir:
“Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!”