- 30.09.2025 13:41
Cabir İmanovun dəfni başladı – Aktyorla vidalaşmağa onlar gəlir – VİDEO
Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.
“Qafqazinfo”nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.
Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.
Vida mərasiminə qatılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev və həyat yoldaşı Safurə Əliyeva da yer alıb. Türkiyədə yaşayan cütlük vida mərasiminə qatılmaq üçün İstanbuldan Bakıya gəliblər.


































