- 30.09.2025 15:52
Əməkdar mədəniyyət işçisi komaya düşdü
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb.
Bu barədə “Qafqazinfo”ya onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.
O bildirib ki, atası gecə saatlarında komaya düşüb və Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub.