• 02.10.2025 14:07

Azərbaycanlı biznesmen haqda yayılan iddialara cavab

Azərbaycanlı biznesmen haqda yayılan iddialara cavab

“RİV Holdinq”in İdarə Heyətinin sədri Cavid İbrahimov Enver yerli mediada haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Uzun illərdir zərgərlik, turizm, qida və kosmetika sahələrində fəaliyyət göstərən azərbaycanlı sahibkar bildirib ki, əsassız iddiaların arxasında təxribatçı motivlər dayanır. O, “RİV Holdinq”in İdarə Heyətinin sədri kimi şirkətin beynəlxalq genişlənməsinə və strateji investisiyalarına rəhbərlik edir.

“RİV Holdinq”in mətbuat xidmətindən bildirilib ki, Cavid İbrahimovun biznes fəaliyyəti yeni deyil, o, 2016-cı ilin əvvəllərindən sahibkarlıqla məşğuldur.

“Bəzi media orqanlarında son bir ildə mülkiyyət və brendlər əldə etməyimə dair iddialar yanlışdır: real olaraq, brendlər və aktivlər on ildən artıq dövrdə formalaşıb. “RİV Company” inkişaf edərək “RİV Holdinq”ə çevrilib; holdinq Türkiyə ilə yanaşı London, Dubay və Cenevrədə də fəaliyyət göstərir.

Əsas layihələrimiz Tiffany & Co. ilə əməkdaşlıq (Zorlu AVM), Collection Point (Parlak Mücevherat) — Zorlu və Emaar filialları (90 türk dizayneri), Skyfall Travel, Tommi Brasserie (Tommi Food & Hospitality), Collection Jewelry (Beymen), Stephen Webster Türkiyə eksklüziv distribütorluğu, MASC Cosmetics (Ankara; 5,000 m²; aylıq 2M ədəd istehsal gücü).

Məqsədimiz ictimaiyyəti doğru məlumatlandırmaq və əsassız iddiaların arxasındakı təxribatçı motivləri ortaya qoymaqdır. Onların məqsədi illərlə qurulan nüfuza, beynəlxalq tərəfdaşlıqlara və investisiya layihələrinə zərbə vurmaq, reputasiyamızı sistemli şəkildə zəiflətməkdir. Şirkətimiz on ildən artıqdır ki, iş həyatında dürüstlük və şəffaflıq prinsipləri ilə hərəkət edib.

Şəxsi tanışlıqlar mövcud ola bilər; lakin həmin şəxslərin ticarətimizə, iş birliyimizə, əməliyyatlarımıza şahidliyi və ya iştirakı yoxdur. Bu münasibətlər yalnız şəxsi xarakter daşıyır. Rəsmilərin xidməti avtomobilləri ilə bağlı iddialar da əsassızdır. Məqalədə qeyd olunan şəxslərin adlarının çəkilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, Cavid İbrahimovun müəyyən şəxslərlə “mal qaçırma” məsələsində adının hallanması da əsassızdır.

Yayılan feyk xəbərlər, fikrimizcə, mafiya xarakterli şəbəkələrin koordinasiyalı təxribatıdır. Həqiqət məhkəmədə üzə çıxacaq. Biz qanuni yolla haqqımızı qorumağa davam edəcəyik”.

Qeyd edək ki, mediada C.İbrahimovun 250 milyonluq dələduzluqda ittiham olunması barədə iddialar yayımlanıb.

Onu da bildirək ki, “RİV Holdinq” bir çox sektorda fəaliyyət göstərir, bunlara örnək olaraq zavodlar, restoranlar, qızıl və brilyant satışı ilə məşğul olan dünya markaları və s. daxildir./Qafqazinfo.az/



DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…