- 03.10.2025 11:44
Şadlıq sarayının pilləkənlərindən yıxılan 36 yaşlı kişi öldü
Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.
Bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo.az/