- 17.10.2025 16:14
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir – FOTOLAR
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Proses.az “Unikal”a istinadən xəbər verir ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur “Avropa” hotelinin yanında, Tbilisi prospektindəki villasında çəkir.

