- 20.10.2025 11:18
Arda Gülerin “sehrli ayağı” işə düşdü
Futbol üzrə ispaniya çempionatının 9-cu turunun oyunuları keçirilib.
Madrid derbisində “Xetafe” və “Real ” qarşılaşıblar.
Matç Kral klubunun 0:1 hesablı qələbəsi yekunlaşıb. Oyuna sonradan girən türkiyəli yaımmüdafiəçi Arda Güler “sehrli ayağı”nı işə salıb.
Belə ki, onun ötürməsi ilə qələbə qolunun müəllifi Mbappe olub. “Real Madrid” 24 xalla yenidən liderli qoltuğuna oturub.
Qeyd edək ki, görüşü meydan sahibləri 2 qırmızı kart alaraq 9 nəfərlə tamamlayıblar./Milli.az/